Cəfər Cabbarlı 44, Caspian Plaza

Arduino Başlanğıc Set

35 azn

Edtech Azərbaycan Ardunio setləri Başlanğıc və Professional olmaqla iki formada təqdim edilir. Setlərin fərqləndirən cəhər daxilindəki komponentlərin növü və sayıdır. Bu setlər proqramlaşdırma, STEAM, robototexnika, maker dərslərində və fəaliyyətlərində istifadə edilir. Setlərin tərkibi haqqqında məlumat verməzdən öncə, qısaca Arduino nədir və təhsil prosesində necə istifadə edilir? Onunla hansı layihələri həyata keçirə bilərik suallarına cavab tapmağa çalışaq.

Sifariş et

Edtech Azərbaycan Ardunio setləri Başlanğıc və Professional olmaqla iki formada təqdim edilir. Setlərin fərqləndirən cəhər daxilindəki komponentlərin növü və sayıdır. Bu setlər proqramlaşdırma, STEAM, robototexnika, maker dərslərində və fəaliyyətlərində istifadə edilir. Setlərin tərkibi haqqqında məlumat verməzdən öncə,  qısaca Arduino nədir və təhsil prosesində necə istifadə edilir? Onunla hansı layihələri həyata keçirə bilərik suallarına cavab tapmağa çalışaq.


Arduino ağıllı sistemlər və layihələr  hazırlamaq üçün nəzərdə tutulmuş proqramlaşdırıla bilən mikrokontrollerdir. Arduinonu digər bənzər platformalardan fərqləndirən əsas xüsusiyyət onun əsasını təşkil edən komponentlərin və onunla birlikdə işləyən sensorların real həyatda tətbiqinin olmasıdır. Bu səbəbdən Arduino öyrənən şəxslər, şagirdlər və tələbələr əlavə bir qurğu, proqramlaşdırma dili öyrənmədən bir başa real həyatla bağlı layihələr üzərində çalışa bilirlər. 


Arduino qurğusunu proqramlaşdırmaq üçün mətn tipli C++ proqramlaşdırma dili, istəsə də Scratch tipli fərqli blok əsaslı proqramlaşdırma alətləri vasitəsi ilə proqramlaşdırıla bilir. Mətn tipli proqramlaşdırma dili olan C++ mürəkkəb layihələr hazırlamağa imkan verərkən, MakeBlock 5 kimi Scratch tipli, blok əsaslı proqramlaşdırma proqramlaşdırmaya yeni başlayan şagirdlərin qurğudan istifadə etməsinə imkan yaradır. Eyni zamanda qurğu ilə layihələr hazırlamaq üçün Fizika, Kimya, Riyaziyyat və s kimi digər fənn sahələrindən biliklər tələb olunduğu üçün öyrənənin öz biliklərini real həyat vəziyyətlərinə tətbiq etməsinə imkan verir. Bu səbəbdən Arduino STEAM, Maker, Robototexnika, proqramlaşdırma layihələrinin əvəzolunmaz komponentidir. 


Arduino ilə hazırlaya biləcəyiniz layihələr


Arduino ilə hazırlaya biləcəyiniz layihələrin sayı sizin təxəyyülünüz və biliklərnizlə məhdudlaşır. Günümüzdə tədrisdə istifadə olunan tədris robotlarının bir çoxu Arduino kart komponentinin üzərində qurulmuşdur. Arduino ilə hazırlaya biləcəyiniz layihələrdən bəzilərini sizlərə təqdim etmək istərdik:


  1. İşıq, qaz, su, nəm, temperatur və digər sensorlarından istifadə etməklə “Ağıllı Ev”, “Ağıllı şəhər” və  digər SMART tipli layihələrin hazırlanması

  2. Ekrandan və digər informasiyanı xaric edən komponentlərdən istifadə olunması ilə fərqli ağıllı qurğuların hazırlanması

  3. Uzaqdan idarə olunan maşınların və avtomatik idarə olunan qolların hazırlanması

  4. Fərqli dizaynlı və məqsədə xidmət edən robotlar: xətt izləyən robotlar, labrint həll edən robotlar, yarış robotları və s

  5. Oyun qurğuları və layihələri hazırlanması

  6. Təhlükəsizlik sistemlərinin hazırlanması 

  7. Yaşıl enerji layihələri: Günəş, su külək enerjisi ilə çalışan maşınlar, enerji formaların dəyişməsi ilə bağlı digər layihələr və s

  8. Kənd təsərüffatında istifadə edilən maşın və qurğular

  9. Prosesin avtomatik idarə olunduğu digər avtomatlaşdırılmış sistemlər

Bu yuxarıda qeyd olunanlar Arduino ilə hazırlaya biləcəyiniz layihələrdən sadəcə çox cüzi bir hissəsidir. 

Bütün bu imkanları nəzərə alaraq fərqli səviyyədə layihələr hazırlaya biləcəyiniz iki fərqli set hazırladıq. Bu setlərdən hər hansısa birini əldə etməklə Arduino dünyanıza ilk adımınızı ata bilərsiz: EdTech Azerbaijan Arduino Başlanğıc Set və EdTech Azerbaijan Arduino Pro Set. 

 İndi isə Arduino Başlanğıc  setinə daxil olan komponentlərə nəzər salaq. 

“Edtech Azerbaijan Arduino Başlanğıc Set” -ə daxildir:

  1. 1 ədəd Arduino Uno və USB kabel.
  2. 1 ədəd Breadboard.
  3. 10 ədəd erkək- erkək kabel
  4. 10 ədəd erkək- dişi kabel
  5. 5 ədəd qırmızı rəng LED
  6. 5 ədəd yaşıl rəng LED
  7. 5 ədəd mavi rəng LED
  8. 1 ədəd RGB LED
  9. 5 ədəd 0.2k resistor.
  10. 5 ədəd 1k resistor.
  11. 5 ədəd 10k resistor.
  12. 4 ədəd düymə.
  13. 2 ədəd LDR resistor.
  14. 1 ədəd Buzzer.
  15. 2 ədəd 2N2222 transistor.
  16. 1 ədəd Potensiometer
  17. 1 ədəd Kondensator
  18. 1 ədəd Diod
  19. 1 ədəd Ləvazimat qutusu

EdTech Azərbaycan Arduino Başlanğıc dəstinə daxil olan komponentlərin funksiyaları haqqında qısaca məlumat alaq:

Element

Qısa təsvir

Görünüş

Arduino Uno

USB kabel

Proqramlaşdırıla bilən mikrokontroller, digər komponentlərinin, sensorun və ümumi sistemin işini idarə edir.

Breadboard

Lehimləməyə ehtiyac olmadan sxemlərin sağlam bir şəkildə sınaqdan keçirilməsinə imkan verən bir vasitədir. 

 Birləşdirici naqillər

Birləşdirici naqillər, iki və daha çox komponent arasında əlaqə yaradır

3V LED

3V gərginliklə çalışan LED işıqlar

RGB LED

Qırmızı, Mavi, Yaşıl rənglərin kombinasiyasından istifadə etməklə fərqli rənglərdə işıq saçan LED

  0.2k Resistor

0.2 k dəyərində müqavimət komponenti 

1k resistor

1 k dəyərində müqavimət komponenti

10k resistor

10k dəyərində resistor

Düymə

Düymə operatorun yerinə yetirdiyi əməliyyatı -basmaq, döndərmək kimi təyin etmək və buna uyğun proqramın gedişatını dəyişmək üçün istifadə edilən komponentlərdir.

LDR resistor

İşıqdan asılı rezistor olan LDR foto rezistor da adlanır. Fotorezistorlar işığın intensivliyindən asılı olaraq müqavimətini dəyişən elektron komponentlərdir.

Buzzer

Buzzer elektrik siqnallarını səs siqanlına çevirmək üçün istifadə edilir

2N2222 transistor.

Tranzistor kiçik elektrik siqnallarını gücləndirmək və ya dəyişdirmək üçün istifadə edə biləcəyimiz yarımkeçirici dövrə elementidir

Potensiometer

Potensiometr rezistor növlərindən biridir. Potensiometrin əsas xüsusiyyəti onun idarə olunan müqavimət olmasıdır. 

 Kondensator

Kondensator elektrik enerjisini özündə saxlaya bilən dövrə elementidir. 

1 ədəd Diod 

Diod yalnız bir istiqamətdə cərərəyan keçirən dövrə elementidir. Bir istiqamətdəki müqavimətləri hiss olunmaz qədər kiçik, digər istiqamətdəki müqavimətləri isə çox böyükdür. Müqavimətin kiçik olduğu yerə düz istiqaməti, böyük olduğu istiqamətə əks istiqamət adlanır. Diod simvolu, cərəyan keçid istiqamətini göstərən bir ox şəklindədir.

1