Cəfər Cabbarlı 44, Caspian Plaza

Bu videomuzda firlanma hərəkətlərini ölçən cihaz düzəldəcəm.

Firlanma hərəkətini ölçən cihazlara taxometrlər deyilir. Taxometrlərlə güdəlik həyatda tez tez rastlaşırıq. Fırlanma hərəkətinin ölçü vahidi isə RPM adlanır.

RPM bir dəqiqə ərzində baş verən dövr sayını ölcən kəmiyyətir. Avtomobillərdəki daxili yanma mühərrikinin fırlanma sayı və yaxud evdə istifadə etdiyimiz paltaryuyan maşının valının fırlanması RPM kəmiyyəti ilə hesablanır.

Arduino ilə taxometr hazırlanması, RPM nədir?Əvvəlcə breadboard üzərində dövrəmizi quraq.  İnfıra qırmızı işıq sensoru üzərində bir ədəd İR led və bir ədəd qəbul edici vardır. iş məntiqi İR leddə yaranan infıraqırmızı işıq cisimlərdən əks olunaraq qəbuledici üzərinə düşür.  Qəbul edicidən aldığımız dəyərlər. Işığı əks etdirən cisiminin rənginə görə fərq yaradır. 

Cihazın işləmə məntiqi bu şəkildədir. Fırlanan cisim üzərində bir ədəd lent yapışdırıram. bu lent vasitəsi ilə sensorun qəbul etdiyi siqnal  fərqli rəng tonuna görə kəsinti yaradır. iki kəsinti arasındaki zaman fərqini hesablayaraq tənasüb qururam. 

DC motora təkər bağlayıram və üzərinə bir ədəd qırmızı lent bağlayıb dövrəmi test edirəm.  Ekranda RPM dəyərini görürəm. DC motorun voltaj dəyərini artırdıqca RPM dəyərinin artışını müşahidə edirəm.

Dövrəmi test etdikdən sonra kabel birləşmələrini lehimləyirəm . 3d printer vasitəsi ilə hazırladığım qutuya dövrəmi yerləşdirirəm. Dövrəmə enerji ilə təmin etmək üçün 9v luq baterya istifadə edirəm.

Arduino İDE yükləmə linki: 

https://www.arduino.cc/en/software

Arduino kodu: 

https://github.com/correcttechno/edtech_az_youtube/tree/master/Tachometer

Çap faylları: 

https://www.thingiverse.com/thing:4152617


1