Cəfər Cabbarlı 44, Caspian Plaza

Hər il dünyanın bir çox yerindən çoxlu sayda iştirakçının qoşulması ilə qeyd olunan proqramlaşdırma bayramı - Avropa Kod Həftəsi yaxınlaşır. 

Avropa Kod həftəsi nədir? -Avropa Kod Həftəsi hər kəsə proqramlaşdırmanı və rəqəmsal savadlılığı əyləncəli və maraqlı formada öyrətmək və təbliğ etmək məqsədi daşıyan innovativ, könüllü təşəbbüsdür.

Nə zaman?- 5-20 Oktyabr 2019 -cu il

Niyə?- Proqramlaşdırmanı öyrənmək bizə ətrafımızdakı sürətlə dəyişən dünyaya uyğunlaşmaq, texnologiyanın necə işlədiyini bilmək və yeni fikirləri araşdırmaq və yeniləmək üçün bacarıq və qabiliyyətləri inkişaf etdirməyə kömək edir.

Nəcə iştirak etməli?

  1. Proqramlaşdırma və ya kodlaşdırma ilə bağlı dərs, tədbir, seminar təşkil edin və təşkil etdiyiniz dərsi, tədbiri Events hissəsində qeydiyyatdan keçirin.

  2. Tədbirin nəticələrini Facebook, Twitter, Məktəbinizin saytında və ya digər sosial media hesablarınızda, Eu Code Week rəsmi səhifəsində  #codeEU, #AzerbaijanCodeWeek haştaqları ilə paylaşın

  3. Codeweek.eu saytında hesabat formasını dolduraraq sertifikat əldə edin


Tədbirinizi qeydiyyatdan necə keçirməli?

  • Codeweek.eu saytına daxil olun. 

  • RESOURCES menyusundakı resurslardan və yaxud digər bir resursdan istifadə edib tədbirinizi planlaşdırın. Tədbir dərs, dərsdən sonra məşğələ, seminar və s. ola bilər. Müddəti ilə bağlı məhdudiyyət yoxdur

  • EVENTS menyusuna keçin

  • Sign in əmrini seçin və sayta hansısa sosial hesabınızla daxil olun. Sertifikatları alan zaman bu hesab sizə lazım olacaq

  • Add Event düyməsini klikləyin (Yalnız * ilə işarə olunanları doldurmaq məcburidir)

    • Activity title - tədbirin adını daxil edin

    • Name of Organisation- təşkilatçı qurumun adını daxil edin

    • Type of Organisation- təşkilatçının tipini seçirsiz (Məktəb, Kitabxana və s.)

    • Description -Tədbiri qısa təsvir edirsiniz. Hansı fəaliyyət olacağı haqqında yazırsız

    • Audience- auditoriya kimdir? -sualını cavablandırırsız(ibtidai sinif şagirdləri, orta məktəb şagirdləri və s.

    • Theme- hansı mövzuları əhatə edəcək tədbiriniz? Qurğular, alqoritm, web proqramlaşdırma, mobil proqramlaşdırma və s. mövzularınan uyğun olanları seçirsiz

    • Address- tədbirin ünvanını daxil edin ( Baku, Azerbaijan)

    • Start date- başlama tarixi

    • End date- Bitmə tarixi

    • Organisator website- təşkilatçının internet səhifəsi

    • Public Email - hərkəsin görə biləcəyi email

    • Tags- təqlər, açar sözlər tədbir haqqında

    • CodeWeek 4 all code - yalnız bu proqrama qoşulanlar doldurur.

    • İmage- şəkil yükləyin bu hissəyə

    • Contact email- sizinlə əlaqə emailini daxil edin. Digər şəxslər görməyəcək bu emaili.

    • ADD event düyməsinə klikləyin



Qeyd: Tədbiriniz təstiq olunduqdan sonra dünya üzrə təşkil olunmuş bütün tədbirlərlə birlikdə xəritədə görünəcəkdir.


Sertifikat: Profiliniz alt menyusu olan Report your event menyusundan istifadə edib tədbiriniz haqqında sadə məlumatları təstiq etməklə sertifikat əldə edə biləcəksiz


Kömək: İstənilən sualla bağlı info@edtech.az elektron ünvanına məktub yaza bilərsiz

Edtech Azərbaycan komandası olaraq bu layihəyə qoşulmaq istəyən hər bir kəsə mentorluq etməyə hazırıq.

Layihədə iştirak etmək və ya ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçiddən istifadə etməyinizi xahiş edirik.

https://drive.google.com/file/d/1TTjoaFk_EhUTTJzz1wGQsdp18bQSaFu3/view?usp=sharing


1