Arduino əsaslı maşın layihəsi - EdTech Azerbaijan

Arduino əsaslı hazırladığımız maşın layihəsini tamamladıq. Proses zamanı ilk növbədə Arduino ilə qurulmuş hərəkət edən maşın hazırlandı. Maşının əsas hissələri 3D printer vasitəsi ilə çap edildi. Daha sonra Bu maşının üzərinə idarə oluna bilən robot qol əlavə olundu. Robot qol irəli və geri hərəkət edə bilir. Eyni zamanda qollararı açılıb bağlanır. Bütün bu proseslərin uzaqdan pult vasitəsi ilə idarə edilə bilməsi üçün idarəetmə pultu dizayn edildi və layihəyə əlavə edildi. Hazırlanmış pultun üzərindəki düymə vasitəsi ilə onun rejimləri arasında keçid etmək mümkündür. Birinci rejimdə pult maşını idarə etməyə kömək edir. İkinci rejimdə isə pult vasitəsi ilə maşının üzərində quraşdırılmış robot qolun hərəkətləri idarə olunur. Layihənin hazırlanması prosesi, tələb olunan materiallar və kodlarla tanış olmaq üçün aşağıdakı linkə keçid etməyiniz xahiş olunur:

Arduino əsaslı maşının hazırlanması  | Part 1



Uzaqdan idarə olunan qolun hazırlanması | Part 2




İdarə etmə qurğusunun hazırlanması | Part 3