Arduino ilə hazırlaya biləcəyiniz 7 möhtəşəm layihə - EdTech Azerbaijan

Hörmətli oxucu, 

Arduino ilə hazırlaya biləcəyiniz layihələrin sayı sizin təxəyyülünüzdən aslıdır. Bu yazımızada sizləri Arduino ilə hazırlaya biləcəyiniz bir neçə layihə ilə tanış etmək istərdik. Layihələrin baza elementlərini Edtech Azərbaycan Pro Arduino setində tapa bilərsiz.


1.Əl hərəkətləri ilə işləyən musiqi aləti

Layihə Arduinonun əl hərəkəti ilə yaranan dalğaların səs dalğalarına əsaslanır. 3D Flicker qurğusu əl hərəkəti nəticəsində yaranan dalğalarıtəyin edir. Daha sonra Arduino qurğununa yazılmış proqram vasitəsi ilə səs siqanallarına çevir.


Tələb olan resurslar: 

Flicker qurğusu

Müqavimət 4.75k ohm

Kondensator 10 nF

3,5 mm Jack - 3 RCA Adapter Kabel - 150 mm

Arduino

Səs ucaldıcı



Layihənin hazırlanma qaydası: https://www.instructables.com/Make-Musical-Instrument-Using-Arduino-and-Flick-La/


2. Arduino UNO Barmaq İzi ilə Qapı Kilidi

Evinizin qapısının barmaq izinizlə açılmasını istərdinizmi? Arduino bu istəyinizi asanlıqla həyata keçirə bilərsiz. Barmaz izini təyin edən sensor daxil edinlən izlə yaddaşdakı izin eyniliyini yoxlayır. Əgər iz eynidirsə bu halda motorlara qapının açılması əmri verilir.

Tələb olan resurslar: 

Barmaq izi sensoru

İnfraqırmızı Məsafə Sensoru

Servo Motor

Enerji Qalxanı

LCD ekran





3. Arduino Uno Oyun Konsolu

Arduino UNO ilə asanlıqla oyun konsolu yarada bilərsiniz. Bu layihədə biz məşhur "İlan Oyunu"nu demo şəklində hazırlamağı və inkişaf etdirməyi öyrənəcəyik.


Tələb olan resurslar: 

Li-Po Batareya

ATmega328P mikro kontrol cihazı

2 x MAX7219

İki Rəngli Nöqtə Çəkiliş Ekranı DOT

6x açar

Buzzer

5 x 5 mm LED

15 x Müqavimət 10k Ohm

4 x Kondensator 10 pF

2 x Kondensator 1 µF

3 x İnteqrasiya edilmiş socketlər

165mm x 73mm PCB kartı

Arduino Uno

Layihənin hazırlanma qaydası: https://www.instructables.com/Arduino-Dot-Matrix-Game-Console/


4. Avtomatik Bitki Suvarma Sistemi


Bitkilərinizə vaxtı vaxtında qulluq edə bilmirsiz və bu səbəbdən onlar məhv olursa, o zaman bu layihə sizlər üçündür. Arduino və nəm sensordundan istifafə etməklə hazırlayacağınız bu layihə bitkilərinizə müntəzəm olaraq qulluq etməyə sizə kömək edəcək. Nəm sensoru bitkinizin torpağının nəmlik dərəcəsini daimi nəzarətdə saxlayacaq. Əgər nəmlik tələb olunandan aşağı olsa Arduino su motorlarını işə salacaq və bitkinin qabına müəyyən miqdarda su veriləcək.

Layihənin hazırlanma qaydası: https://www.instructables.com/Arduino-Plant-Watering-System/


5. Ağıllı zibilqabı


Ağıllı zibilqabı  sizin zibil qabına yaxınlaşmanızı müəyyən edir və sizin məsafə müəyyən məsafdən az olanda qabın qapağı avtomatik olaraq açılır. Layihənin iş prinsipi: Ultrasonic məsafə sensorunun məsafəni ölçüb Arudino Uno ya ötürür. Əgər məsafə proqramda qeyd olunmuş məsafədən daha azdırsa bu zaman Arduino Uno motorları işə salmaqla zibil qabının qapağını açır. 

Layihənin hazırlanma qaydası və tələb olunan resurslar: 


6. Arduino ilə robotik qol

Bu layihə yeni başlayanlar üçün hazırlanmış mikro servo, karton və isti yapışqan kimi asanlıqla əldə edilə bilən materiallardan və alətlərdən hazırlanmış sadə robot qolu layihəsidir. Layihənin dövrə vı kod hissəsi təkminləşdirilə bilər. Beləliklə həm özünüz öyrənə həm də öyrəndiklərinizi bu layihə ilə tətbiq edə bilərsiz. Robot qol Potensiometrlər və düymələrdən istifadə edərək beş mövqeyi yaddaşında saxlayıb icra edə bilir. 




Layihənin hazırlanma qaydası və tələb olunan resurslar:

https://create.arduino.cc/projecthub/ryanchan/simple-programmable-robotic-arm-bd28a0?ref=platform&ref_id=424_trending__beginner_&offset=6


7.Audio Spektr Visualizer

Bu layihə Arduino istifadə edərək 32 tezlik diapazonlu musiqinin vizualizatoru hazırlamaq üçündür. Layihənin hazırlanma qaydası asan olduğu üçün və tələb olunan resursların əlçatanlığına görə hamı tərəfindən hazırlana bilər. Arduinonun daxilində Rəqəmsaldan Analoqa çevirici olduğu üçün daxil olan səs siqnalları asanlıqla vizual görüntüyə çevrilə bilir.


Layihənin hazırlanma qaydası və tələb olunan resurslar:

https://create.arduino.cc/projecthub/shajeeb/32-band-audio-spectrum-visualizer-analyzer-902f51


Bütün bu layihələr sadəcə olaraq nümunə işlər olaraq təqdim edilmişdir. Arduino sizə daha çoxunu yaratmaq imkanı təqdim edir.