Cəfər Cabbarlı 44, Caspian Plaza

Arduino ilə Otto Robotunun hazırlanması


Bu yazımızda sizləri uşaqların sevimli robotu olan OTTO Robotun qurulması ilə tanış olacağıq. 

OTTO robot nədir?

OTTO robot Arduino əsaslı robotlardan biridir. Həm Arduino Uno, həm də Arduino Nano ilə hazırlamaq mümkündür. Robotun hissələrini isə 3D printer vasitəsi ilə asanlıqla çap etmək olur. Əgər 3D printeriniz yoxdursa, o zaman qurulmağa hazır robot hissələrini sizə çatdırmağa məmnun olarıq. Bizim yazıda nəzərdənən keçirəcəyimiz versiyada Arduino Nano istifadə ediləcəkdir. Lakin Arduino UNO ilə də robotu hazırlamaq olar. 

Otto nə edə bilər?

Otto gəzir, rəqs edir, musiqi səslərini ifa edir və maneələrlə bağlı fərqli tapşırıqları icra edir. 

Xüsusiyyətləri

Otto tamamilə açıq kodludur. Eyni zamanda blok- Scratch tipli sürüklə burax tipli proqramlaşdırma mühitində proqramlaşdırıla bilir. Fərqli yaş qrupları ilə istifadə edə biləcəyiniz bu robotu eyni zamanda mətn əsaslı IDLE ilə də proqramlaşdıra bilərsiz.

Otto Robot hazırlanması  üçün tələb olunan resurslar 

Arduino nano

Arduino nano Shield

Ultrasəs Məsafə Sensor HC SR04

SG90 RC Servo Motor x(4 ədəd)

Buzzer

4 hüceyrəli batareya qabı

Birləşdirici kabellər

Hazır formada olan Otto robotun  yığılmış ölçüləri təxmini: 11cm x 7cm x12cm.


OTTO Robotun quraşdırılması 

Otto robotu hazırlamaq üçün, 4 servo mühərrik, məsafə sensoru, arduino nano, arduino nano shield, 4 hüceyrəli batareya qabı, buzzer, birləşdirici kabellər və robotun xarici korpusu. Aşağıdakı şəkil Otto robotumuzun bütün hissələrinin necə yığıldığını göstərir. İlk növbədə şəkildə verilmiş birləşmələri həyata keçirəcəyik. Servo birləşmələri, servonun vintlərlə necə bərkidilməsi, sonra batareya yuvası, arduino nano və batareya yuvasının üstündəki arduino nano shield  və nəhayət HCSR-04 məsafə sensoru ilə montaj. İlk növbədə ayaqlar servo motora birləşdirilir. 


 

Prosesi tam yerinə yetirmək  üçün verilmiş şəkillərdən istifadə edin. 

             







     

Otto Robotun işə salınması 

Otto proqramını yüklədikdən sonra kitabxanalar hissəsini Arduino-nun kitabxanalar hissəsinə köçürürük. Sonra servo ev proqramını işə salırıq və montaj zamanı səhv qoşulubsa, səhvimizi görə bilək deyə servoları əsas vəziyyətə gətiririk. Əgər servo motor başlanğıc formada olduğu kimi dayanıbsa,robotumu  komandaları icra  etməyə hazırdır.

Proqramın yüklənməsi üçün link: https://www.ottodiy.com/software

Robot dəstini sifariş et: https://linktr.ee/edtechazerbaijan

1