Müasir təhsildə trendə çevrilmiş 8 anlayışı - EdTech Azerbaijan

  1. Gamification- Oyunlaşdırma 

Oyun və oyun elementlərindən tədris prosesində məqsədyönlü şəkildə istifadə olunmasıdır. Oyunlaşdırma şagirdlərin dərsə marağını artırır, eyni zamanda onlarda komanda şəkilində işləmək, problem həll etmək kimi bacarıqlarını inkişaf etdirir və özünə inam hissi formalaşdırır.

  1. STEM 

STEM  termini  Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür. 

Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənnlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə və məsələlərə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşınlarında qalır.

  1. BYOD- Öz qurğunu gətir ! 

Texnologiyanın çox sürətlə dəyişdiyi və “köhnəldiyi” üçün təhsil müəssisələri böyük məbləğdə vəsaitlər xərcləmək məcburiyyətində qalırlar. Şagirdlərin öz qurğularından məktəbdə öyrənmə üçün istifadəsinə icazə verməklə bəzi müəssisələr bu xərclərdən azad olurlar. Eyni zamanda şagirdlər istər evdən istərsə də məktəbdən kompüterdə işlərinə davam etmək imkanı əldə edirlər.

  1. Coding & Robotics -Proqramlaşdırma və robototexnika

Robototexnika və proqramlaşdırma hər gün daha çox populyarlıq qazanan təhsil trendlərindən biridir. Şagirdlərin problem həlletmə, yaradıcı və tənqidi təfəkkürlərini, komanda şəkilində işləmək bacarıqlarını inkişaf etdirmək üçün tədris olunan bu dərslərdə müxtəlif oyun tipli, uşaqlar üçün maraqlı resurslardan, uşaqların yaş səviyyəsinə uyğun robot  qurğularından istifadə edilir. 

  1. Digital citizenship- Rəqəmsal vətəndaşlıq

Rəqəmsal vətəndaşlıq texnologiyanın və internetin  düzgün, təhlükəsiz və məqsədəuyğun şəkildə istifadə etmək üçün  tələb olunan anlayışların və bacarıqların məcmusudur. Başqa sözlə Rəqəmsal vətəndaşlıq texnologiyadan düzgün istifadəni  müəyyən edən normalar və standartlardır. Günümüzdə bir çox məktəblər öz “Rəqəmsal vətəndaşlıq” strategiyasını hazırlayır və şagirdləri erkən yaşlarda tələb olunan bilik və bacarıqlarla təmin etməyə çalışırlar.

  1. Project Based Learning - Layihə Əsaslı Öyrənmə

Layihə əsaslı öyrənmə  Layihə Əsaslı Öyrənmə, şagirdi dərsdə aktiv iştiraka təşviq edən, yüksək səviyyəli idrak fəaliyyətləri dəstəkləyən, çox müxtəlif vasitə və qaynaq istifadəsini tələb edən; akademik, ictimai və həyat bacarıqlarını birlikdə istifadəsini tələb edən təhsildə yeni bir yanaşmadır.

Ətraflı məlumat üçün : https://youtu.be/dR9iDYgitl0

  1. Blended Learning & e-learning “Qarışıq” öyrənmə və e- öyrənmə

Texnologiyanın inkişafı və təhsildə tətbiq edilməsi ilə ortaya çıxmış bu  anlayışlar müxtəlif formada izah edilir. E- öyrənmə tədris proqramının  rəqəmsal resurslardan istifadə etməklə çatdırılmasıdır. Bu zaman öyrənən istənilən yerdən rəqəmsal qurğu,kompüter, planşet vasitəsi və internet əlaqəsi ilə bütün təhsil resurslarına çıxış əldə edir və təhsil alır. Qarışıq öyrənmə zamanı isə bu prosesin müəyyən bir hissəsi rəqəmsal üsullarla bir hissəsi isə ənənəvi formada baş verir

  1. Augmented and Virtual Reality - Artırılmış və Virtual reallıq (AR/VR)

Artırılmış reallıq virtual dünya ilə real aləmi özündə birləşdirən müasir texnologiyadır. 

Virtual reallıq isə tamamı ilə kompüter elementləri vasitəsi ilə mövcüd olan, real həyatda mövcud olmayan reallıq formasıdır. Artırılmış reallıqda real həyat elementlərinin üzərinə müxtəlif ünsürlər əlavə edilməklə əldə olunursa, virtual reallıq adından da görüldüyü kimi yalnız virtual olaraq mövcuddur. İstifadəçi virtual reallığa adətən xüsusi baş geyimi, eynək və s. istifadə edərək daxil olur. 

Nümunə link: https://youtu.be/o05bTHc2jpU


Elvin Əliyev
Rəqəmsal öyrənmə və İT koordinator
Email: aliyev1911@gmail.com