Cəfər Cabbarlı 44, Caspian Plaza

FloorPlanner istifadəçilərə asanlıqla 2D eskizlər yaradıb onu 3D mühitdə modelləşdirməyə imkan verən platformadır. Platformadan istər marketinq məqsədləri üçün, istər dizayner işi üçün, və ya təhsil məqsədi üçün istifadə etmək olar. Floorplanner bir neçə dəqiqə ərzində dizaynınızın 2D və ya 3D formatında jpeg, png, pdf versiyalarını yaradır və poçt qutunuza göndərir. Eyni zamanda yaratdığınız 3D modellərə  daxili dizayn vermək mümkündür.

Platformaya daxil olmaq üçün: www.floorplanner.com keçidindən istifadə edin. Linkə daxil olduqdan sonra hesab yaradın, bu yolla hazırladığınız eskizləri yaddaşda saxlayıb daha sonra redaktə edə biləcəksiz. Create New Project əmri ilə yeni layihə yaradın. Bu zaman layihənin adını daxil etməyiniz tələb olunur. FloorPlanner 3 müxtəlif rejimdə sizə layihə yaratmağa imkan verir. 

Room Wizard- Otaqların sayı, növünü göstərməklə sehrbazın köməyi ilə eskizin hazırlanması

Upload images- tutaq ki vərəq üzərində evinizin planını çəkmisiz. Bu zaman şəkil olaraq onu platformaya yükləyib peşəkar eskizə çevirə bilərsiz.

Empty room- bu zaman eskiz sıfırdan başlayaraq yaradılır.

Bir toxunuşla 3D dünyasına keçid et

Çertyojlarınızı 3D-də görmək nə əlavə iş, nə də təcrübə tələb edir. Çertyojlarınızı  3D rejimində  görmək üçün ekranın  yuxarı sağ küncündəki 3D düyməni klikləyin. Obyektləri  3D formatında hərəkət etdirə və çevirə bilərsiniz. Yüksək keyfiyyətli təsvirlər yaratmaq üçün i kamera mövqeyini dəyişmə imkanından istifadə bilərsiniz.

Bulud texnologiyası vasitəsi ilə  işlərinizi paylaşın

Əlbətdə dizaynınızı təqdim etmək və ya başqaları ilə bölüşmək istəyərsiniz. Bir təsviri  kiməsə asanlıqla e-poçtla göndərə və ya layihənin linkini floorplanner-də paylaşa bilərsiniz. Bu şəkildə başqası da tez bir zamanda nəzər yetirə bilər və hətta düzəlişlər edə bilər. Birlikdə bir layihə üzərində işləyirsinizsə bu vaxt və keyfiyyətli iş baxımında çox faydalıdır.

Platformanın imkanlarını aşağıdakı videoda nəzərdən keçirə bilərsiz:


1