İstifadəsi rahat, şagirdlərlə paylaşıla bilən onlayn interaktiv yazı lövhələri - EdTech Azerbaijan

Distant təhsil prosesində müəllimlərin tez-tez ehtiyac duyduğu alətlərdən biri də onlayn interaktiv lövhələrdir. Bu yazımızda sizləri dərslərinizdə asanlıqla istifadə edə biləcəyiniz bir neçə onlayn interaktiv lövhə ilə tanış edəcəyik:

Draw.chat        

Bu aləti interkativ lövhə olmaqla yanaşı bir  virtual sinif otağı olaraq da istifadə edə bilərsiniz. Alət şagirdlər ilə eyni məkanda səsli ,görüntülü və çat əlaqə imkanları təqdim edir. Eyni zamanda resurs müxtəlif rəng və alət seçimlərinə malik olması (təsviri incəsənət müəllimlərinin sevimli onlayn saytına çevriləcəyinə inanırıq) ilə digər resurslardan fərqlənir. 

Şagirdlərinizlə birlikdə istifadə etmək üçün sadəcə aktiv  olduğunuz lövhənin linki paylaşmaq kifayətdir.

Sayta giriş linki: https://draw.chat/ 

Resurs haqqında məlumat almaq üçün bura daxil olun


Jamboard.google.com    

Google xidmətləri istifadəçilərinə ödənişsiz ,limitsiz verdiyi istifadə imkanlarından biri məhz bu jamlardır.İnteraktiv lövhəyə şəkillərin daxil edilməsi, lazerinin olması, hazırlanan məhsulun saxlanarkən şəkil, pdf formalarda yaddaşa verilməsi, kimi imkanları mövcuddur.

Sayta giriş linki: https://jamboard.google.com/ 

Sayt haqqında məlumat linki: 

Resurs haqqında məlumat almaq üçün bura daxil olun

 

 Whiteboard.fi      

Bu alətdə standart fiqur, düz, əyri xətt alətləri ilə yanaşı bir sıra riyazi funksiyaların qurulması üçün də imkanlar mövcuddur. Eyni zamanda yazı taxtasının müəllim və şagird üçün pəncərələrə ayrılması, yazı şiriftinin worddə olduğu kimi olması,şagirdlərin yazı taxtasına şəkil əlavə edə bilməsi (müəllimin icazəsiylə) ; hazırlanan məhsulun saxlanarkən pdf formatтda yaddaşa verilməsi imkanları da var. 

Sayta giriş linki: https://whiteboard.fi/



Awwapp.com 

Digər yazı taxtalarından üstün cəhətləri : bir sıra hazır fiqurların,düz,əyri ,perpendikulyar xətlərin mövcudluğu; yazı taxtasına şəkil,ppt,və pdflərin daxil edilməsi ; hazırlanan məhsulun saxlanarkən şəkil,pdf,formalarda yaddaşa verilməsi kimi imkanlarının olmasıdır.

Sayta daxil olmaq üçün link: https://awwapp.com/ 

Resurs haqqında ətraflı məlumat almaq üçün bura daxil olun




Leyla Musayeva        
İbtidai sinif müəllimi | Təlimçi
Email: [email protected]