Micro:bit yoxsa Arduino? - EdTech Azerbaijan

Micro:bit yoxsa Arduino?

Robototexnika, proqramlaşdırma və elektronika sahəsini yeni öyrənməyə başlayanları ən çox düşündürən suallardan biri: Hansı qurğu ilə başlamalıyam,  Micro:bit yoxsa Arduino?

Bu yazımızda hər iki qurğunu nəzərdən keçirib sizin üçün müqayisə etməyə çalışacağıq.

Arduino istifadəçilərinə xəyal dünyalarında olan layihələri həyata keçirməyə imkan verən açıq kodlu, proqramlaşdırıla bilən qurğudur. Elə buna görə də, təxminən 10 ilə yaxındır ki, Arduino proqramlaşdırmanın tədrisində ən çox istifadə olunan platformlardan biridir. Arduino idarəetmə sistemləri, robot texnikası, ağıllı ev sistemləri, tibb kimi bir çox sahədə layihələr inkişaf etdirmək istəyənlər üçün hazırlanmış bir məhsuldur. Müxtəlif proqramlaşdırma dilləri ilə proqramlaşdırıla bilməsi, müxtəlif sensorlarla birlikdə istifadəsi və digər təqdim etdiyi imkanlara görə Arduino hobbi ilə maraqlananlardan mühəndislərə qədər geniş bir auditoriya tərəfindən seçilir.

Bəs, micro:bit nədir?

Micro:bit üzərindəki 5*5 ölçülü led ekranı ilə proqramlaşdırıla bilən, uşaqların və robototexnika, proqramlaşdırma həvəskarlarının başlanğıc və orta səviyyədə öyrənə biləcəyi mini elektron lövhədir. BBC-nin hazırladığı kartla uşaqların erkən yaşlarından elm, mühəndislik və texnologiya sahələri ilə tanışmaları hədəflənir.

Micro:bit və Arduino müqayisəsi:


  1. Arduino qiymət olaraq çox əlverişlidir, lakin Arduino satın aldığınız zaman hər hansı bir tətbiq edərkən digər lazımi avadanlıqları da almaq lazım gəlir ki, bu da əlavə xərc deməkdir. 

  2. Arduinonun proqramlaşdırılması C / C ++ dilində aparılır. Bundan əlavə,  mBlock və S4A kimi proqramları istifadə edərək, bloklarla proqramlaşdıra bilərsiniz. Lakin S4A ilə edə biləcəyiniz proqramlar məhdud ola bilər. Micro:bit proqramlaşdırma Javascript və Python dilləri ilə edilə bilər. Bundan əlavə, proqramlaşdırma kod blokları ilə də edilə bilər ki, bu zaman Microsoft tərəfindən hazırlanmış Makecode interfeysi istifadə edilir. Makecode peşəkar inkişaf etmiş bir interfeys təklif etdiyi üçün Makecode interfeysi ilə kod verdiyiniz zaman ekranda simulyasiya edərək işinizi eyni vaxtda görə bilərsiniz. 

  1. Hazır resurs, dərs planları və dəstək baxımından baxsaq, şübhəsiz Arduino-da daha çox mənbə tapa bilərsiniz. Uzun illərdir istifadə edilməsi və daha çox kütlə tərəfindən seçilməsində bunun böyük payı var. Eyni zamanda Microsoftun dəstəyi ilə microbit əsaslı dərs planları və resursları hazırlanmışdır və resursların sayı hər gün artır.

  2. Proqramlaşdırma və STEAM təhsili baxımından baxsaq; Arduino ilə olan layihələrdə  kiçik dövrə qurmaq və müxtəlif əlaqələr qurmağı tələb olunduğu üçün ilkin elektronika bilikləri tələb olunur. Bu, xüsusilə proqramlaşdırmaya yeni başlayan uşaqlar üçün çətin ola bilər, hansı ki təlimlər zamanı müşahidə etdiyimiz qədərilə ilk zamanlar uşaqlar dövrələri qurmaqda çətinlik çəkirlər. Micro:bit ilə həyata keçirilən layihələr isə elektrik dövrəsi haqqında məlumat olmadan da həyata keçirilə bilər. Bu hal uşaqlar üçün çox faydalıdır, çünki uşaqlar elektronika haqqında məlumatları olmasa belə proqramlaşdırma layihələrini icra edə bilirlər..

  1. Arduinonun yüksək səviyyəli proqramlaşdırma təliminə daha uyğun olduğu düşünülür. Çünki gələcək dizaynlarınızda, Arduino kartına bağlanmadan mikrokontroler çipi çıxarıb öz dizayn dövrənizdə istifadə edə bilərsiniz. Bunlardan başqa Arduino üçün hazırlanmış bir çox kitabxana ilə mürəkkəb  layihələri də həyata keçirə bilərsiniz. 


Nəticə olaraq belə qənaətə gələ bilərik ki, yeni başlayanlar üçün proqramlaşdırma dərslərində micro: bit çox faydalıdır. Bununla birlikdə, Arduino proqramlaşdırmanı öyrənmək və inkişaf etdirmək istəyənlər üçün, habelə geniş bir layihə həyata keçirmək istəyənlər üçün daha uyğundur. 


Facebook: https://www.facebook.com/edtech.az

İnstagram: @edtech.az

Email: info@edtech.az