Cəfər Cabbarlı 44, Caspian Plaza

Müəllimlər üçün ən rahat veb 2 aləti: Plickers

Biz müəllimlər kahoot, socrative kimi bir çox şagirdlərimizlə əylənərək, onları motivasiya edərək biliklərini yoxlaya biləcəyimiz veb 2 alətləri ilə tanışıq. Lakin bu veb 2 alətlərinin sinif otağında tətbiqi üçün həm müəllimin, həm də şagirdlərin internetə çıxışı mütləq şəkildə olmalıdır.

 Bu gün sizi testləri daha əyləncəli edən, şagirdləri stresdən uzaqlaşdıran, sadəcə müəllimin telefonunda internetə çıxışın və tətbiqetmənin olması kifayət edən “ Plickers” adlanan veb 2 aləti  ilə tanış etmək istərdim. 

Bəs “Plickers”necə istifadə olunur?

İlk növbədə bizə plickers tətbiqetməsini ios və ya android əməliyyat sistemi ilə çalışan telefonumuza (planşetimizə) yükləmək lazımdır. Tətbiqetmə ilə şagirdləri qiymətləndirmək üçün lazım olan 3 əsas şey – müəllimin internetə çıxışı olan telefonu, kompüteri və plickers kartlarıdır.

Addım –addım irəli getmiş olsaq, plickers.com saytına daxil olub
“sign up for free” hissəsindən qeydiyyatdan keçdikdən sonra “Sign in” vurub sayta daxil oluruq. 

Sayta daxil olduqdan sonra sağ hissədə ad və soyadımızı görə bilirik.

Artıq “ Help “ hissəsinə daxil olub,”get plickers cards” seçib standart plicker kartlarını (əgər sinifdə 40+ şagird varsa “expanded 60”seçilməlidir) yükləyə bilərik. Plickers kartlarını print edərkən daha qalın A4 kağızlarından istifadə etməyi və kartların üzərini laminasiya etməməyi  tövsiyə edirəm. Plickersi digər veb 2 alətlərindən fərqləndirən ən üstün cəhət sinif otağında (istənilən şəraitdə) rahat tətbiqi, verilən sualları bitirdikdən sonra hər bir şagirdin həm fərdi balının öyrənilməsi və eyni zamanda qoyulan suallar üzrə sinifdə əldə olunan nəticənin ümumi faizlə öyrənilməsi, hər suala şagirdlərin neçə faiz cavab verdiyinin öz əksini tapmasıdır. Eyni zamanda bu tətbiqetmə ilə anketlər aparmaq da mümkündür.



New set- mövzular üzrə suallar hazırladığımız bölmədir. New set etdikdə açılan pəncərədə “click here to edit question” hissəsindən suallarımızı daxil edir ,variantlarımızı yerləşdirib doğru variantın üzərinə 1 dəfə klikləyirik. Sualların sayını artırmaq üçün sol tərfdəki + işarəsinə 1 dəfə klikləmək kifayətdir.Sualımızda şəkil yerləşdirmək üçün sağ tərəfdə olan  işarəyə klikləyirik



Anket yaratmaq üçün survey bölməsini də  seçə bilərik.

Recent- Şagirdlərlə Son oynanılan oyunlar və ya suallar deyə bilərik.

Your library- Suallarımızı yaratdıqca bu qovluğun içinə yığılır yəni bir sözlə suallarımızın olduğu bölmə .

Reports- Şagirdlərimizi yoxladıqdan sonra nəticələrini öyrənəcəyimiz hissədir.

Scoresheet-Şagirdlərimizin günlük,həftəlik,aylıq,3aylıq qiymətlərini exceldə öyrənə biləcəyimiz bölmədir.

Your Classes- yaratdığımız siniflərimizin adı olan bölmədir.

Your Packs-eyni fənn üzrə olan sualları bir bağlamada yığma fürsəti verən bölmədir.(new packs vuraraq öz bağlamanızı yarada bilərsiniz)

Sinfin yaradılıb şagirdlərin əlavə edilməsi üçün “New class”a daxil olub sinfimizin adını qeyd etdikdən sonra “Create class” seçirik. Sinfi adlandırdıqdan sonra “Add students” daxil olub əvvəlcə şagirdlərimizin jurnal siyahısına əsasən adını sonra soyadını daxil edirik. Sıralamanı jurnal siyahısına uyğun etməmizin səbəbi əlimizdə olan plickers kartlarındakı nömrələrin bir-birinə uyğun olmasıdır.Yəni əlimizdəki 1 nömrəli plickers kartı jurnaldakı 1 nömrəli şagirdin olmalıdır. Kartlar ardıcıl şagirdlərə bu şəkildə paylanır. Şagirdlər yazı taxtasında gördükləri suallarda doğru hesab etdikləri cavab variantını yuxarıda tutaraq kartın üzünü müəllimə çevirirlər (misal yuxarıdakı şəkildə doğru cavab “B” variantıdır). Müəlllim isə telefondan tətbiqetməyə daxil olub sinfi və yoxlamaq istədiyi mövzu üzrə sualı seçməsi və “play now”edərək oyuna başlaması kifayətdir. 

Tətbiqetməni İOS qurğularına yükləmək üçün link:

 https://apps.apple.com/us/app/plickers/id701184049

Tətbiqetməni Android tipli qurğulara yükləmək üçün link :

 https://play.google.com/store/apps/details?id=com.plickers.client.android&hl=az

Leyla Musayeva        
İbtidai sinif müəllimi | Təlimçi
Email: musayevaleyla321@gmail.com
1