Cəfər Cabbarlı 44, Caspian Plaza

Oyun əsaslı öyrənmə günümüzdə təhsildə tez-tez istifadə olunan yanaşmalardan biridir. Xüsusi ilə yaranmış pandemiya vəziyyəti ilə bağlı şagirdlərin məktəb mühitinə yenidən alışması, yaşadıqları psixoloji gərginliyin aradan qaldırılması  oyun əsaslı öyrənmə fəaliyyətlərinin tez -tez istifadə edilməsini zəruri edir. Bu yazımızda sizlərə onlayn təqdimat formasında hazırlanmış müxtəlif oyun şablonlarını və hazır oyunları təqdim edirik. Bu şablonları və hazır oyunları bir başa öz sinifinizdə istifadə edə və ya mövcud ideyanı təkminləşdirib fərqli oyunlar hazırlaya bilərsiz.

Lövhə oyunu -monopoliyaya bənzər oyun

Müəllif: SlidesMania

Oyun nümunəsini aşağıda verilmiş linkə daxil olduqdan sonra File- Download- PPT  əmri ilə kompüterinizə yükləyib dəyişə bilərsiniz və ya File- make a copy əmri ilə Google Drive ınızda surətini yaradıb onun üzərində işləyə bilərsiz. Təqdimatdakı 3 cü slayddan başlayaraq Activity1, Activity 2  hissələrini öz mövuznuza uyğun dəyişməlisiz. Oyuna başlamaq üçün təqdimatı nümayiş rejiminə keçirin. Oyun zamanı zər atılır və zərin nəticəsinə uyğun addım komanda və ya şagird irəli gedir. Nəticədə alınan xana nömrəsinə uyğun səhifəyəkeçid edilir və o səhifədəki tapşırıq yerinə yetirilir. Bu qayda ilə komanda və ya şagirdlərdən biri finishə çatana qədər davam edir. zərin atılmasını həm onlayn alət vasitəsi ilə həmdə təqdimatda verilmiş video ilə həyata keçirmək olar.


Link:https://docs.google.com/presentation/d/1gQ8zeO5eLzEHVZIgDh0e-2fE2T_2v5P_Zx99G2_sWRA/edit?usp=sharing


Xəzinə ovu

Müəllif: SlidesMania 

Aşağıda verilmiş linkə daxil olduqdan sonra File- Download- PPT  əmri ilə kompüterinizə yükləyib dəyişə bilərsiniz və ya File- make a copy əmri ilə Google Drive ınızda surətini yaradıb onun üzərində işləyə bilərsiz. Bu əməliyyatları yerinə yetirdikdən sonra təqdimatı açın. İkinci səhifədə oyununuzun qaydalarını yazın. Daha sonra 12-ci slaydan başlayaraq hər bir nömrəyə uyğun sualları daxil edirsiniz. Oyunu oynayan zaman ilk öncə təqdimat rejiminə keçin.  Hər hansısa sandığa kliklədikdə həmin sandıq açılır və nömrə çıxır. O rəqəmə klikləməklə suala keçid edirsiniz. Sual səhifəsində açar işarəsinə klikləməklə əsas səhifəyə geri dönüş edə bilirsiniz. 

Link: https://docs.google.com/presentation/d/1FjHDBM9_LVw2bT2HxCFQrHQtBoUzdt9yRim_MEWD4Wg/edit?usp=sharing


Seçim Lövhəsi

Müəllif: SlidesMania

Aşağıda verilmiş linkə daxil olduqdan sonra File- Download- PPT  əmri ilə kompüterinizə yükləyib dəyişə bilərsiniz və ya File- make a copy əmri ilə Google Drive ınızda surətini yaradıb onun üzərində işləyə bilərsiz. Təqdimatdakı 3 cü slaydan başlayaraq öz sual və tapşırıqlarınızı yaza bilərsiz. Nümayiş rejiminə keçdikdən sonra oyun zamanı şagird rəqəm seçir. Həmin rəqəmin üzərinə sıxdıqda ona uyğun yerləşdirilmiş tapşırıq açılır.

Link: https://docs.google.com/presentation/d/1ZCsIwahs_Z7I2uCZMqx5cknJVc1msGZu1WnBMIZDhe0/edit?usp=sharing


Kibrit çöpləri ilə riyaziyyat

Müəllif: Avi Megiddo

Kibrit çöpləri ilə təqdim olunmuş riyazi- məntiq məsələlərini yəqin ki hamınız görmüsünüz. Bu təqdimatda müəllif tərəfindən hazırlanmış 40 müxtəlif nümunəni nəzərdən keçirə bilərsiniz. Tapşırıqları yerinə yetirmək üçün sizdən bəzən kibrit çöpünü silmək bəzən döndərmək bəzənsə yerini dəyişmək tələb olunur. Verilmiş təqdimatda File- Download- PPT  əmri ilə bütöv təqdimatı kompüterinizə yükləyə bilərsiz.

Link: https://docs.google.com/presentation/d/1dB-sNf7_EZXzsGt9huiaEU-CI5Ywawq5t3O0Ip4282k/edit?usp=sharing


Rəqəmsal nişanları topla-misiya tamamlama

Müəllif: Alice Keeler

Verilmiş linkə daxil olun. Öz kopyanızı yaradın və ya sənədi öz kompüterinizə yükləyin. Title hissəsində misiyanın adını yazın və description hissəsində onu şagirdlər üçün yerinə yetirməli olduqları tapşırıqları və ya işi  təsvir edin. Şagirdlərə link 1 və link 2 hissəsində əlavə linklər- resurslar təqdim edə bilərsiz. Evidences hissəsində şagird tapşırığın cavabını qeyd edir və ya yerinə yetirdiyi fəaliyyətin sübutlarını göstərir. Misiyanın qarşısındakı checkboxa işarə qoyduqda misiya tamamlanmış kimi qeydə alınır və şagird müvafiq xalı və nişanı qazanır. Bu oyuna bir növ şagirdin müstəqil fəaliyyəti və ya özünü qiymətləndirmə vəsaiti kimi də baxa bilərsiz. Oyundakı nişan və xallar müəllif tərəfindən dəyişdirilə bilər.

Link: https://docs.google.com/spreadsheets/d/1fWBgg-s38C_zFxZgsEEQVYgLCLk5JsPNK_dY8mZGxy0/edit?usp=sharing


Kim milyonçu olmaq istər?

Müəllif: Mark E. Damon

Kim Milyonçu olmaq istər oyunun qaydaları ilə yəqin ki bir çoxumuz tanışıq. Verilmiş linkdən şablonu kompüterinizə yükləyin və ya sürətini yaradın. Öz suallarınızı və cavablarınızı qeyd etdikdən sonra oyuna başlaya bilərsiz. Qeyd edək ki, yaşıl rəng animasiyadır təqdimat rejiminə keçdikdə ilk öncə bütün cavablar qara rəngdə olur, növbəti düyməsinə sıxdıqda isə yaşıl rəng effekti düzgün cavabı göstərmək üçün ekrana çıxır. 

Link:https://docs.google.com/presentation/d/12K6gkzWe5vC9Enrhn74xxX5-dw51lzMTmzhzU6-1lGc/edit?usp=sharing


Brain -Ring oyunu şablonu

Müəllif: Eric Curts

Verilmiş təqdimatda File- Download- PPT  əmri ilə kompüterinizə yükləyin. Daha sonra slayd 3 də topic 1-5 hissəsində oyun zamanı istifadə edəcəyiniz sualların mövzularını yazın. Slayd 4- də 1-ci mövzunun 100 xal dəyərində sualını qeyd edirsiniz, növbəti slayda isə həmin sualın düzgün cavabını göstərirsiniz. Təbii ki, 500 xal dəyərində olan sual 100- xallıq sualdan daha çətin olmalıdır. Oyunu hazırlanmasında tədqimat daxilində slaydlara linklərdən istifadə edilmişdir. Oyun zamanı şagird öncə sualın mövzusunu daha sonra hansı xallıq sualı seçməsini bildirir. Sual səslənir, cavabın doğruluğu yoxlanır. Şagird və ya komanda o sualla düzgün cavab veribsə sualın dəyərindəki xalı qazanır. “click to return to Jeopardy Board” düyməsi ilə əsas slayda geri dönülür. Bu qayda ilə oyun davam etdirilir.

Link: https://docs.google.com/presentation/d/1N_5IbXUY3y2PCuhFQ0YA7ZuREwC7ew1Q3fyILBnEBQA/edit?usp=sharing


Söz axtarışı

Müəllif: Alice Keeler

Verilmiş linkə daxil olun və söz axtarışında istifadə etmək istədiyiniz sözləri cədvəldə Word list səhifəsində  yazın. Proqram avtomatik şəkildə bunu pazla çevirərək  sizə Puzzle səhifəsində söz axtarışı üçün uyğun formada təqdim edəcək. Şagirdlər tapdıqları sözlərin rəngini dəyişməklə fərqləndirə bilərlər

Link: https://docs.google.com/spreadsheets/d/1ZlS2_NpUAcfUsbu0dZOYExyGkWXqIk_vxVSiebjWK7U/edit?usp=sharing


Müxtəlif mövzularda 35 oyun şablonu

Müəllif: Curriculum corner

Verilmiş linkdən istifadə etməklə təxminən 35 müxtəlif mövzuda hazırlanmış hazır oyunlara baxa bilərsiniz. Oyunları açmaq üçün uyğun şəkilin üzərinə klikləyin. İstənilən bir təqdimatı  File- Download- PPT  əmri ilə kompüterinizə yükləyib dəyişə bilərsiniz.

Link:https://www.thecurriculumcorner.com/thecurriculumcorner123/google-slides-games-for-e-learning/


Elvin Əliyev
Rəqəmsal öyrənmə və İT koordinator
Email: aliyev1911@gmail.com

1