Cəfər Cabbarlı 44, Caspian Plaza

Artırılmış reallıq (Augumented Reality) və Virtual reallıq texnologiyanın ən müasir sahələrindən biridir. Son zamanlarda biz bu texnologiyalarla daha sıx qarşılaşırıq. AR / VR tətbiqetmələrindən istifadə tətbiq olunduğu mövzu üzrə şagirdlərdə xüsusi maraq və həvəs yaradır. Bəzi  tətbiqetmələr var ki bir deyil , bir neçə mövzunu və fənni özündə birləşdirir. Bu yazımda sizləri Mozaik 3D adlanan tətbiqetmə ilə tanış etmək istərdim. Bu tətbiqetmədə demək olar ki, bütün fənn müəllimləri – ibtidai sinif, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya, biologiya, musiqi, təsviri incəsənət, texnologiya müəllimləri üçün 1200-dən çox faydalı 3D AR nümunəsi var. Digər tətbiqetmələrdən fərqli cəhəti təkcə bir çox elm sahələsini əhatə etməsi deyil, eyni zamanda tətbiqetmənin içində müxtəlif şəkil, video, səs, oyun, test və ağıllı lövhələr üçün kitabların olmasıdır. Proqramdan türk, ingilis, rus dillərində istifadə etmək mümkündür.Tətbiqetmədəki görüntüləri mobil telefonda bu işarəyə toxunaraq açılır:

Açıldıqdan sonra bu işarə rəngini dəyişərək bu formanı alır. Nümunə olaraq :

İzlənməmiş videolarİzlənmiş videolar


Biz bu fərqlənmə ilə görüntüləri daha əvvəl izləyib izləmədiyimizi fərqləndirə bilirik.

Tətbiqetməyə daxil olmaq üçün www.mozaweb.com saytında daxil olub qeydiyyatdan keçirik. Facebook, Google, Microsoft, VK hesablarınızla da qeydiyyatdan keçə bilərsiniz. Tətbiqetmənin youtube təqdimatı 


Qeydiyyatınızı bitirdikdən sonra hər həftə 5 nümunə izləyə bilər, oyunlar oynaya bilərsiniz. 5-dən artıq nümunələri izləmək istədikdə PREMİUM əldə etmək mütləqdir.Bununla yanaşı pulsuz izlənən videolar var ki onlarda bu hədiyyə paketini görə bilirik.

Tətbiqetmədən istifadə etməklə tarix müəllimləri şagirdləri ilə birgə Babil bağları başda olmaqla bir çox tarixi məkanlarda gəzə , ayaq səslərini eşidə bilər, biologiya və ibtidai sinif  müəllimləri şagirdlərinin yaddaşında daha uzun müddətli qalacaq meşə mühitində öyrənəcəkləri yeməli və zəhərli göbələkləri təyin edib adlandırabiləcəklər. Nümunə olaraq:


Tətbiqetmə həm Android qurğularda, həm də İOS qurğularda pulsuzdur.

Tətbiqetməni İOS qurğularına yükləmək üçün link : 

https://apps.apple.com/us/app/mozaik3d-3d-animations/id1064850237

Tətbiqetməni Android qurğularına yükləmək üçün link : 

https://play.google.com/store/apps/details?id=com.rendernet.mozaik3dviewer&hl=en_US

Leyla Musayeva        
İbtidai sinif müəllimi | Təlimçi
Email: musayevaleyla321@gmail.com
1