Öz "Artırılmış Reallıq" nümunəni niyə və necə hazırlamalı? - EdTech Azerbaijan

Artırılmış Reallıq tətbiqetmələrindən istifadə etməyə başlayan müəllimləri ilk andan bir sual düşündürür: “ Öz Artırılmış reallığımı hazırlaya bilərəmmi?” Çox funksiyalı və mürəkkəb Artırılmış Reallıq nümunələri hazırlamaq üçün yüksək texnoloji biliklər və alətlər tələb olunsa da, müəyyən alətlərin köməyi Artırılmış Reallıq nümunələri sadə və rahat formada hazırlamaq mümkündür. Üstəlik bu nümunələr sadəcə müəllimlər tərəfindən deyil, şagirdlər tərəfindən dərs zamanı öyərnmə prosesinin bir hissəsi kimi də hazırlana bilər. Bildiyimiz kimi, Artırılmış Reallıq elementlərindən adətən müşahidəsi çətin, şagirdlər üçün təhlükəli və ya sinif otağında əlçatmaz olan proseslərin tədqiq edilməsində istifadə olunur. Məsələn, ayın səthini müşahidə etmək üçün şagirdləri aya aparmaq əlçatmazdır. Lakin Artırılmış Reallıq tətbiqetmələri vasitəsi ilə şagirdləriniz ayın səthinə virtual səyahət edə bilirlər. Bu və buna mənzər nümunələri nəzərdən keçirdikdə məlum olur  Artırılmış reallıqdan buna bənzər formalarda istifadə öyrənənə yeni imkanlar yaratsa da, şagirdin yaradıcılıq bacarığını inkişaf etdirməsi üçün təqdim etdiyi imkanlar məhduddur. Bu səbəbdən təhsildə Artırılmış reallıq tətbiqetmələri hazırlayan şirkətlər şagird yaradıcılığını inkişafına müsbət təsir göstərən, şagirdlərə öz fikirlərini fərqli bir formada nümayiş etdirmək imkanı yaradacaq tətbiqetmələr üzərində çalışırlar. Biz təhsil işçilərini düşündürməli  olan məsələ isə şagirdləri öz Artırılmış Reallıq nümunələrini hazırlaya biləcəkləri fəaliyyətlərlə təmin etmək olmalıdır. 

Şagird öz artırılmış reallıq nümunəsini hazırlayan zaman:

Bu yazımda sizləri  MoatBoat adlanan tətbiqetmə ilə tanış etmək istərdim. Tətbiqetmədən istifadə etməklə həm özünün daxilində olan Artırılmış Reallıq nümunələrinə baxmaq, həm də yeni Artırılmış Reallıq nümunələri yaratmaq olar. MoatBoat 15 mühiti və 10000 çox elementi ilə sizə müxtəlif icmaları- dünyaların artırılmış reallığını yaratmağa imkan verir. Tətbiqetməyə daxil olduqdan sonra Explore bölməsindən hazır Artırılmış reallıq nümunələrini nəzərdən keçirmək olar.

Create bölməsindən yeni Artırılmış Reallıq nümunəsinin yaradılması üçün istifadə edilir.Bu zaman əvvəlcə mühit seçilir. Daha sonra + işarəsinə klikləməklə, Type bölməsində yazmaqla və ya mikrafon işarəsinin üzərinə klikləyib əlavə etmək istədiyiniz obyektin adını inglis dilində səsləndirməklə Artırılmış Reallığın elementlərini mühitinizə daxil edə bilərsiniz. Modeli hazırladıqdan sonra Artırılmış Reallığa çevirmək və ya bir başa Artırılmış reallığın üzərində işləyərək hazırlamaq mümkündür. Bunun üçün ekranın yuxarı hissəsində sağ tərəfdə yerləşən kuba bənzər işarədən istifadə olunur. 

Proqramın daxilində aşağıdakı mövzularda Artırılmış Reallıq nümunələri tapa bilərsiniz:

- Marsda  koloniya quran insanlar

- Ad günü 

- Meşədəki bir düşərgə

- Parkda

- Çimərlik

- Məktəbdə və s.

Hazırladığınız Artırılmış Reallıq modelləri  isə My Worlds bölməsində yaddaşda saxlanılır. Tətbiqetmə həm Android tipli qurğularda, həmdə İOS tipli qurğularda pulsuzdur.

Tətbiqetməni İOS qurğularına yükləmək üçün link: https://apps.apple.com/us/app/moatboat/id1294845531?ls=1

Tətbiqetməni Android tipli qurğulara yükləmək üçün link: https://play.google.com/store/apps/details?id=com.moatboat.moatboat&hl=en_US


Elvin Əliyev
Rəqəmsal öyrənmə və İT koordinator
Email: aliyev1911@gmail.com