Cəfər Cabbarlı 44, Caspian Plaza

PDF - Portable Document Format (Daşınabilən Sənəd Formatı ) qurğudan və proqram təminatından asılı olmayaraq asanlıqla saxlanıla, oxuna və daşna bilən fayl formatıdır. İstifadəçilər aşağıdakı səbəblərə görə pdf fayl formatından istifadə edirlər:

Pdf formatında olan sənədlərinizlə işləyə biləcəyiniz bəzi veb alətlərini sizə təqdim edirik:

1. Pdf - ləri birləşdirmək:
https://combinepdf.com/ sayta daxil olduqdan sonra combine pdf alt bölməsini seçirsiniz və birləşdirmək istədiyiniz pdf sənədlərini ardıcıl olaraq Upload düyməsindən istifadə edərək sayta yükləyirsiniz. Sənədlər yükləndikdən sonra, Combine düyməsinə klikləyirsiniz

2. Pdf sənədinə səhifə nömrələrinin əlavə olunması:
https://www.ilovepdf.com/add_pdf_page_number linkinə daxil olursunuz və nömrələmək istədiyiniz sənədi Select PDF düyməsi vasitəsi ilə sayta yükləyirsiniz. Kənarda açılan menyudan səhifə nömrələrinin yerini, başlanğıc rəqəmi və formatını seçdikdən sonra, Add Page Numbers düyməsinə klikləyirsiniz və sənədi Dowload düyməsindən istifadə edib kompüterinizə yükləyirsiniz.

3. Pdf sənədi bir neçə sənədə bölmək:
https://www.ilovepdf.com/split_pdf linkinə daxil olursunuz, və bir neçə pdf -ə bölmək istədiyiniz sənədi Select PDF düyməsi vasitəsi ilə sayta yükləyirsiniz. Bundan sonra Split by Range əmri ilə başlanğıc və son səhifəni göstərməklə sənəddən müəyyən hissəni ayıra , Extract pages əmri ilə bir və ya seçilmiş bir neçə səhifəni ayıra bilərsiniz. Sonda Split Pages düyməsinə klikləyib, Download etməklə seçdiyiniz hissələri və ya səhifələri sənəddən ayırıb yükləyə bilərsiniz.

4. Pdf sənədin arxa fonuna yazı əlavə etmək
https://tools.pdf24.org/en/add-watermark-to-pdf linkinə daxil olursunuz və Choose Files əmri vasitəsi ilə arxa fonuna yazı əlavə etmək istədiyiniz sənədi seçirsiniz. Bundan sonra səhifənin aşağı hissəsində açılan menyulardan,arxa fona əlavə etmək istədiyiniz mətni, mətinin rəngini, ölçüsünü, yerini göstərən seçimləri tamamlayırsınız. Add watermark düyməsi ilə prosesi tamamlayıb, Download düyməsi ilə sənədi kompüterinizə yükləyirsiniz

Qeyd: PDF sənədin bir başa redaktəsi və digər fayl tipinə çevrilməsi və ya onun hansı dildə olmasından, yaradılması qaydasından və çevirmək istədiyiniz fayl tipindən aslıdır. Yuxarıda qeyd etdiyimiz saytlar bütün hallarda olmasa da, bəzən pdf faylı word və digər fayl tiplərinə çevirmək üçün istifadə oluna bilər

Əfqan Əskərli
İT Direktor
Email: afganaskerli@gmail.com


1