Cəfər Cabbarlı 44, Caspian Plaza

Quizizz web 2.0 aləti ilə dərs zamanı və ya dərsdən sonra anket, yarış, test tipli maraqlı və əyləncəli oyunlar keçirə bilərsiniz. Bu aləti dərsinizdə istifadə etməklə şagirdlərin dərsə marağını daha da artırmış olarsınız.  Alətin üstün cəhəti, nəticələrin qısa zaman ərzində əldə olunmasıdır. Gəlin proqramın imkanları ilə tanış olaq.


Quizizz proqramından istifadə etmək üçün, müəllim ilk növbədə internet bələdçisinin (Google Chrome, Safari, Firefox) ünvan hissəsində Quizizz.com yazaraq açılan pəncərədən Sign up  düyməsini seçib qeydiyyatdan keçməlidir.



Qeydiyyatı tamamladıqdan sonra açılmış olan profildə yeni test (tapşırıq) hazırlamaq üçün Create new quiz  düyməsinə sıxırıq.



İlk addımda testə (tapşırığa) ad verilir  və aid olduğu mövzuya uyğun kateqoriya seçilir.



Açılan pəncərədə bizə təqdim olunmuş sual növlərindən Multiple – test tipli suallar hissəni seçərək testi hazırlamağa başlaya bilərik.




Açılan pəncərədə Write you question here hissəsinə sual, Answer option hissəsinə isə variantları yazmaq lazımdır. Düzgün variantın qarşısında   işarəsinin üzərinə vuraraq düzgün cavabı qeyd edirik. İstəyə uyğun olaraq  Add answer option hissəsindən variantları artırıb, azalda bilərik. Eyni zamada sual və variantlara qarşısında yerləşdirilmiş hissədən riyazi simvolsəkil də yükləyə bilərik. Suala   vaxt müddəti qoymaq olar. İşimizi bitirdikdən sonra düyməsi ilə gördüyümüz işi yaddaşda saxlayırıq.



Növbəti sualları hazırlamaq üçün hissəsindən digər sualları da eyni qaydada hazırlaya bilərik. Testi bitirdikdən sonra yuxarı sağ küncdə   düyməsinə sıxırıq. 




Açılan pəncərədə 1. hazırladığımız test başlayanda görünəcək şəkil qoya bilərik. 2.  - dili seçirik. 3.  - sinfi seçirik. 4. - hazırladığınız testi kimlərin görə bilməsini tənzimləyirik. Verilən hissələri tamamladıqdan sonra  düyməsinə sıxırıq. 


Hazırladığınız testlər  “My quizzes”hissəsində yaddaşda qalır.  Test şagirdlərə iki formada - canlı oyun və ya ev tapşırığı  kimi verilə bilər. 

Canlı oyunu seçdiyiniz zaman açılan pəncərədə Classic oyun tipini seçərək Continue  düyməsinə sıxırsınız. Oyunda iştirak edən şagirdlər istər mobil telefon,istərsə də kompyüter vasitəsi ilə internet bələdçisinin (Google Chrome, Safari, Firefox) ünvan hissəsində joinmyquiz.com adresinə daxil olduqdan sonra oyun  kodunu yazaraq oyunda iştirak edə bilərlər.

 

Paylaşmanın ikinci yolu  or share via...  hissəsindən oyunun linkinin sürətini çıxarıb müxtəlif paylaşım vasitəsi ilə (Whatsapp, E-mail və s.)   paylaşa bilərsiniz. Bütün iştirakçılar giriş etdikdən sonra “Start ” düyməsinə sıxaraq oyunu başlaya bilərsiniz.  Müəllim oyuna canlı nəzarət edə və ya Reports” menyusundan şagirdlərin nəticələrini görə bilər. Proqram şagird  nəticələrini Email vasitəsi ilə valideynlər ilə paylaşmaq imkanı təqdim edir.


Ülviyyə Fərzalıyeva
İbtidai sinif müəllimi
Email: ulya.ferzeli90@mail.ru

1