Cəfər Cabbarlı 44, Caspian Plaza

Hörmətli izləyicilərimiz,

Bu uşaqlar üçün proqramlaşdırma mövzusunda olan növbəti yazımızda sizləri Scratch proqramında İnteraktiv spinnerin hazırlanması qaydası ilə tanış edəcəyik.  Təlimatdan uşaqlar üçün olan proqramlaşdırma fəaliyyəti kimi İnformatika və STEAM dərslərinizdə istifadə edə bilərsiniz.

 Hazırlayacağımız spinner üzərinə klikləyəndə işə düşəcək və slider-ə malik olacaq, sliderdə sürəti dəyişdikcə spinnerin fırlanma sürəti dəyişəcək. Eyni zamanda arxa fonda musiqi səslənəcək və spinner fırlandıqca spinnerin rəngləri də dəyişəcək.

Gəlin ilk öncə proqrama daxil olaq: https://scratch.mit.edu/

Proqrama daxil olduqdan sonra Yaratmaq (Create) əmrini seçək. Əgər proqramın interfeysi Azərbaycan dilində deyilsə qlobus işarəsindən Azərbaycan dilini seçə bilərsiniz. Uyğun dil seçimini etdikdən sonra personajları və arxa fonu daxil etməyə başlayaq.

Arxa fon olaraq  arzu etdiyi bir fon seçə bilərsiz. Sadəcə elə bir fon seçin ki spinner yaratdığınız zaman seçdiyiniz rənglərə uyğun olsun. 

Spinner yaratmaq üçün  üçün Scratchın Sprite kitabxanasından istifadə edək. Paint əmrindən istifadə edərək spinnerimizi çəkək.

 

Artıq arxa fon və personajları seçdiyimizə görə kod hissəsinə keçə bilərik.

İlk öncə Hadisələr kateqoriyasından sprayt kliklənəndə əmrini seçək. Bununla proqramı personajın üzərinə kliklənəndə işə düşməsini təmin edirik. Daha sonra hərəkətlər bölməsindən dön əmrini seçək və onu həmişə blokunun içində yerləşdirək. Nəticədə personajın üzərinə kliklənəndə spinner hər zaman qeyd olunan bucaq qədər dönəcək. Spraytın müxtəlif sürətlə dönməsi onun dönmə bucağından aslıdır. Əgər daha yüksək bucaqla döndürsək
spinner daha tez dönəcək. Bu qiymətin slayder vasitəsi ilə dəyişməsi üçün speed dəyişəni yaradaq. Dəyişənlər bölməsinə daxil olaraq Speed adlı yeni dəyişən yaradaq. Bu dəyişəni dönmə bucağının qeyd olunduğu sahəyə əlavə edək. 


İş sahəsində dəyişəni göstərən göstəricini üzərinə klikləməklə slider olaraq dəyişək. Spinnerin dönən zaman rəngini dəyişməsi üçün Görünüş kateqoriyasından rəngi 25 effektlə dəyiş əmrini götürüb həmişə dövrünün daxilinə salırıq. 

Spinnerin dönməsi zamanı arxa fona musiqi əlavə edək. Bunun üçün Səslər bölməsindən istədiyimiz musiqini əlavə edək. Kod hissəsinə keçib hadisələr bölməsindən sprayt kliklənəndə blokunu seçək və səs kateqoriyasından uyğun musiqinin oxunması əmrni götürək. Nəticədə proqramımız aşağıdakı şəkildə olacaqdır: 


 Bu blokları hazırladıqdan sonra personajın üzərində klikləməklə spinneri sınaqdan keçirə bilərsiz.

Oyunun hazır forması


✅ Oyunu necə inkişaf etdirə bilərsiz?

✅ Bir neçə spinner əlavə edib onların fərqli formalarda işə düşməsini necə etmək olar?

✅ Rənglərin dəyişməsini də slayderlə tənzimləmək olarmı?

Fikirlərinizi bizimlə sosial mediada bölüşün:

 Facebook: https://www.facebook.com/edtech.az

 İnstagram: https://www.instagram.com/edtech.az/

 

1