Cəfər Cabbarlı 44, Caspian Plaza

ThingLink platformu 

ThingLink bir fotoya və ya videoya müxtəlif məzmunlar əlavə edərək interaktiv bir vizual yarada biləcəyiniz bir veb saytdır. Hal-hazırda 4 milyondan çox müəllim və tələbə bu platformadan tədris mühitini daha əyləncəli və interaktiv hala gətirmək üçün istifadə edir, çünki ThingLink müəllimlərə və şagirdlərə asanlıqla interaktiv şəkillər və videolar yaratmaq, toplamaq və paylaşmaq imkanı verir.

ThingLink-in coxfunksiyalılığı bizə bir çox imkanlar təklif edir. ThingLink ilə foto və videolarınızı ikonalar qoyaraq əlavə etdiyiniz bağlantılarla əyləncəli təqdimatlara və ya tədris materiallarına çevirə bilərsiniz. Resurs istifadəçilərə hər hansı bir görüntünü interaktiv bir qrafikə çevirmək imkanı verən pulsuz və istifadəçi dostu bir rəqəmsal vasitədir. Thinglink vasitəsilə istifadəçilər dinamik bir şəkildə araşdırmaları ilə əlaqəli sahələri öyrənə və eyni zamanda öz layihələrini yarada bilərlər. 

Son zamanlarda distant təhsilin gündəmə gəlməsiylə, müəllimlərin işini asanlaşdıran və tədris prosesini sistemləşdirən platformalara ehtiyac artmışdır. ThingLink-in distant təhsilin gedişatını asanlaşdıran bir çox özəllikləri var:

  1. Şagirdləri öyrənmə prosesinə yaxından cəlb edir;

  1. ThingLink tələbə və müəllimlərə əsas görüntünün üstünə mətn, şəkil və media etiketi əlavə edərək media ilə zəngin rəqəmsal hekayələr yaratmağa imkan verir. Bu proses şagirdləri məlumatları yaratdıqca bilik əldə etməyə sövq edir və şagirdlərdən yazıları məlumatla əlaqələndirmək üçün tədqiqat aparmalarını tələb edir.

  2. Yüksək səviyyədə düşüncə bacarığını təbliğ edir:

  3. 360/VR imkanının olması distant təhsili üz-üzə təlim metoduna yaxınlaşdıra bilir;

  4. Virtual gəzinti və turlar şagirdlərə öyrəndikləri real mühit və situasiyaları daha yaxından analiz etməyə imkan verir. Belə ki interaktiv 360° şəkil və videolar uzaq yerləri və  mədəniyyətləri, həmin mədəniyyətlərdəki iş mühitini və digər sosial sferaları əlçatan edir. Bu da şagirdlərdə məzmun anlayışını, akademik lüğət və digər bacarıqları inkişaf etdirir. 

Thinkling şagird yönümlü bir öyrənmə resursduruş, çünki şagirdlər mövzu ilə əlaqədar özlərinin seçdiyi medialardan istifadə etməyi daha çox sevirlər, bu isə onları tədris prosesində yaxından iştirak etməyə həvəsləndirir. Platform şəkillər, videolarla işləməyə mətnlərdən daha çox önəm verdiyi üçün bu şagirlərin özlərini daha yaxşı ifadə etmələrinə yardımcı olur. 

ThingLink bütün ixtisaslar və mövzular üçün yaralı olduğundan geniş kütləyə xitab edir. Aşağıdakı linklərdə siz ThingLink ilə hazırlanmış müxtəlif mövzuda layihələrlə tanış ola bilərsiniz:

Amazon cəngəllikləri ilə bağlı:

https://www.thinglink.com/card/562589070463598594#tl-75f51713 

İnsan daxili orqanları ilə bağlı:

https://www.thinglink.com/scene/652228971148083201 

Maddələrin fiziki dəyişməsiylə bağlı:

https://www.thinglink.com/scene/613454597066850305 

Funksiyalarla bağlı:

https://www.thinglink.com/scene/357169626162921472 

iPhone'un quruluşu ilə bağlı: 

https://www.thinglink.com/scene/710565186045476865 

 Gördüyünüz kimi, ThingLink-də bütün mövzulara və fənlərə aid layihələr hazırlamaq mümkündür ki, bu da bütün ixtisaslardan müəllim və şagirdləri ThingLink platformunda bir araya gətirir. 

1