Tinkercad platformasında yenilik! - EdTech Azerbaijan

  Tinkercad sxemlərindəki standart naqillər dövrə dizaynınızı səliqəli və rəngarəng bir şəkildə təqdim etməy imkan verir. Bununla yanaşı, əksər siniflərdə dövrə prototipini yaradan zaman təkrar istifadə edilə bilən bağlanıb-açıla bilən sıxaclı naqillərdən və ya timsah ucluqlu naqillərdən geniş istifadə olunur. Platformadakı yeni dəyişikliklərlə bu naqillərdən artıq Tinkercad sxemlərinizdə bunları istifadə etməməyimizə imkan yaradır.  Bu yeni elementlərdən istifadə etmək üçün  yeni sxem yaradın və sxeminizin dizaynınızda bir naqil əlavə edin. Naqili seçin və növünü dəyişdirmək üçün xüsusiyyətlər pəncərəsindən istifadə edin. Açılmış pəncərədə Aligator seçimi ilə timsah ucluqlu naqil növünü seçə bilərsiz. 



    Naqil növləri funksional olaraq bir-birilə eynidir. Biz bunları yalnız dövrə dizaynınızı daha dəqiq təmsil etməyiniz üçün seçim kimi daxil etdik. Yeni naqil növləri ilə standart naqil arasındakı praktik fərq, birləşdirildikdən sonra naqilin uclarını daha asan şəkildə müəyyən bucaq altına birləşdirmə qabiliyyətidir. Bu imkanın üstünlüyü virtual micro:bit qurğusunun istifadəsi zamanı və ya çoxlu naqilləri tək bir dövrəyə bağlayarkən özünü göstərir. Timsah ucluqlardan istifadə edərkən daha aydın bir dövrə diaqramı üçün bir qrup əlaqəni intuitiv şəkildə izləyə bilərsiz.



     Ümid edirik ki, yeni əlavəni bəyənəcəksiniz. Xüsusilə, bizimlə paylaşmaq istədiyiniz maraqlı dövrə dizaynınız  və ya 3D modeiliniz varsa bu dizaynın digər istifadəçilər tərəfindən də kəşf oluna bilməsi üçün onu bizimlə paylaşa bilərsiz.  Qeyd edək ki, layihəni bizimlə paylaşan zaman məxfilik seçimlərindən layihəni Public olaraq paylaşmalısınız. 


Hazırladığınız layihələri  TwitterFacebook və İnstagram-da bizimlə paylaşa bilərsiz.


Mənbə