Uşaqlar üçün Arduino Həftəsi - EdTech Azerbaijan

Uşaqlar üçün Arduino Həftəsi 

Tapşırıqlar  üçün səhifənin sonuna keç!

Öz yaradıcılıq və problem həll etmə bacarığınıza güvənən STEAM, robototexnika və proqramlaşdırma həvəskarları üçün həm öyrənib, həmdə hədiyyə qazana biləcəkləri  "Arduino Həftəsi" adlı yeni layihəyə başlayırıq! 

Arduino həftəsi uşaqları proqramlaşdırma, STEAM fəaliyyətlərinə həvəsləndirmək, onlara öyrəndikləri məlumatları real həyatda tətbiq edə biləcəkləri sahələri göstərmək məqsədi ilə təşkil olunur. 

Qaydalar: 

16.01.2022 tarixindən başlayaraq səhifəmizdə Arduinonun real həyatda tətbiqinə aid 3 məsələ paylaşılacaqdır. 

Hər bir məsələnin həllini Arduino və ya Tinkercad proqramı vasitəsi ilə hazırlayın. Həlli linkini və ya videosunu  @edtech.az səhifəsini tag etməklə profilinizdə paylaşın. 

Bütün məsələləri düzgün həll etmiş şagirdlərin içərsindən təsadüfi seçimlə 1 nəfərə Arduino Layihə dəsti hədiyyə olunacaqdır. 

Məsələləri həll etmək üçün son tarix:  02.02.2022

Təqdim etdiyiniz məsələ həlli düzgün olarsa adınız bu siyahıya əlavə ediləcək. Seçim siyahısına əlavə olunmaq üçün səhifəni bəyənmək və paylaşımlarda səhifəni işarələmək mütləqdir: https://docs.google.com/spreadsheets/d/1sRbdI2IC6o7PR4sK2t5wUagxYKCH5nB9MLzU5gtfF8E/edit?usp=sharing

Qaliblər təsadüfi seçim əsasında canlı yayımda müəyyən ediləcəkdir ! 



Arduino Həftəsi | Tapşırıq 1 İşıqların idarə olunması


Vagifin atası konfransların təşkil olunduğu böyük bir zalda işləyir. Hər bir görüşə uyğun işıq səviyyəsinin müəyyən olunması üçün o zalda quraşdırılmış elektrik açarları vasitəsi ilə işıqları yandırır və ya söndürür. Vagif düşündü ki, potonsiometrdən istifadə etməklə zaldakı işıqları bir nöqtədən idarə edə biləcəyimiz qurğu hazırlaya bilər. Verilmiş zalda 9 ədəd işıq var. Potonsiometr 0-300 arası dəyər alanda bu işıqlardan 3-ü, 300-600 arası dəyər alanda 6-sı, 600- 800 dəyər arasında 8-i, 800 dən böyük dəyərlərdə isə hamısı yanmalıdır. Vaqifə bu qurğunu hazırlamaq üçün kömək et ! Həll videosunu və ya linkini paylaşan zaman @edtech.az səhifəsini tag etməyi unutmayın.


Arduino Həftəsi | Tapşırıq 2 Qaz həyəcan signalı
Vagif mətbəxdə işləyən zaman müşahidə etdi ki, evlərindəki qaz həyəcan siqnalının işıqları yanmır. O qaz sızmasından vaxtında xəbərdar olmaq məqsədi ilə evlərinə Qaz siqnalizasiyası quraşdırmağı qərara aldı. Belə ki, Arduino ilə hazırlanacaq bu qurğuda qaz səviyyəsinin normal olduğu halda (<600) yaşıl ışıq yanacaq. Otaqdakı qazın səviyyəsi 600 böyük olduğu halda isə qurğunun üzərindəki yaşıl işıq sönür və qırmızı [şıq yanır, eyni zamanda səs siqnalizasiyası işə düşür. Vagifə bu qurğunu hazırlamaqda kömək et ! Həll videosunu və ya linkini paylaşan zaman @edtech.az səhifəsini təq etməyi unutmayın.


Arduino Həftəsi | Tapşırıq 3.Gülləri suvarmaq üçün sistem.

Vaqifin atası ona güllərə vaxtı-vaxtında su verilməsini tapşırıb. Vaqif isə güllərə su verməyi
unutduğu üçün  başqa həll yolu axtarırdı. Dərsdə nəm sensorunun Arduino ilə işləməsini eşidən Vagif artıq məsələnin həll yolunu tapdığını bilirdi. Nəm sensorunun xxx dəyərindən aşağı olacağı halda Arduino qurğusuna birləşdirilmiş buzzer səs siqnalını işə salacaqdı və Vagif gülləri suvarmağın vaxtı çatdığını biləcəkdi.  Vaqifə bu qurğunu hazırlamaqda kömək et !