Cəfər Cabbarlı 44, Caspian Plaza

Müəllimlərin kompüterdən istifadə edərək, tez-tez yerinə yetirdikləri fəaliyyətlərdən biri də video hazırlamaqdır. İstər dərs üçün məzmunun hazırlanmasında, istərsə də görülmüş işlərin cəmiyyətlə paylaşılması üçün tez -tez video hazırlamalı oluruq. Günümüzdə sosial mediaya hər gün artan maraq, insanlarda öz işlərini geniş auditoriya ilə istəyi, video hazırlamağı və redaktə etməyi müəllim üçün vacib bacarıq halına gətirmişdir. Bu yazıda video hazırlamaq və redaktə etmək üçün  fərqli effektlər və şablonlar tapa biləcəyiniz saytı sizə təqdim edirik. 

1.Kizoa video və şəkillərdən istifadə edərək,  yeni videolar hazırlaya biləcəyiniz saytlardan biridir. Videoları hazırlayan zaman istər hazır şablonlardan istifadə edə, istərsə videonun dizaynını tamamı ilə sıfırdan qura bilərsiniz. Videolarında fərqli effektlərdən istifadə etmək istəyənlər üçün uyğun bir seçim olacaqdır.

Link: https://www.kizoa.com

2. Sparkol fərqli formatda video hazırlamağa imkan verən resursdur. Daha aydın desək, “əllə və ya qələmlə çəkilmə” tipli bir video hazırlamaq üçün asanlıqla istifadə edə bilərsiniz. 

Link: https://www.sparkol.com

3.  Adobe Spark - Adobe şirkətinin təqdim etdiyi proqram məhsullarından biridir. Saytda video ilə yanaşı poster, infoqrafik və s. hazırlamaq mümkündür. Video hazırlayan zaman istər hazır şablonlardan istifadə ilə, istərsə də sıfırdan başlayaraq video hazırlana bilər.

Link: https://spark.adobe.com/

4. Moovly videolarında fərqli effektlər və animasiyalar istifadə etmək istəyənlər üçün saytdır. Saytda hazır şəkillərdən və videolardan istifadə edib video hazırlamaq olur. Xüsusi ilə animasiya tipli bir video hazırlamağı düşünürsünüzsə bu saytdan istifadə edə bilərsiniz

Link: https://www.moovly.com/

5. Powtoon - animasiya tipli videolar hazırlamaq üçün sadə və istifadəsi rahat alət. Xüsusi ilə uşaqların diqqətini cəlb edən rəngarəng animasiya -videolar hazırlamaq istəyənlər üçün əla resursdur. Animasiya hazırlaya zaman həm öz yüklədiyiniz şəkil və videolardan, həmdə proqramın özünün təqdim etdiyi resurslardan istifadə edə bilərsiniz.

Link: https://www.powtoon.com

Elvin Əliyev
Rəqəmsal öyrənmə və İT koordinator
Email: aliyev1911@gmail.com




1