Cəfər Cabbarlı 44, Caspian Plaza

Bu yazımızda sizləri  Azərbaycan dilində uşaqlar üçün ilk oyun əsaslı proqramlaşdırma platforması- CodeMino  ilə tanış edəcəyik.

Kompüter elmləri sahəsində məşhur olan şəxslərin hamısının ortaq cəhəti erkən yaşda proqramlaşdırma öyrənmiş olmalarıdır. Texnologiyadakı son yeniliklər sistematik və alternativ düşünən ,hadisələr arasındaki əlaqələri görən yeni bir nəsil yetişdirməyə və bu nəsilə proqramlaşdırmanı əyləncəli formada tədris etməyə imkan yaradır. Qısaca olaraq qeyd etsək, proqramlaşdırma öyrənmək şagirdə:

CodeMino Kosmos

CodeMino 5 fərqli oyundan, ümumilikdə 316 mərhələdən ibarətdir. Tapşırıqlar sadədən mürəkkəbə doğru irəliləyən formada qurulmuşdur. Resurs Oyunlaşdırma modeli ilə alqoritm qurma, proqramlaşdırma və oyun dizaynın əsas anlayışlarının öyrətməyə fokuslanmış, tam bir tədris planı təqdim edən təhsil platformasıdır. CodeMino şagirdlərə proqramlaşdırma prinsiplərini əyləncəli bir şəkildə öyrətmək üçün hazırlanmış interaktiv oyundur. Şagirdlərə həm Blok əsaslı və Mətn əsaslı (Python və javascript) proqramlaşdırma təhsili təqdim edən platformadır. Hesablama düşüncəsi və proqramlaşdırma nəzəriyələri öyrənmək üçün qüsursuz bir alətdir. 


CodeMino Qütb

CodeMino Qütb, Kosmos və Ferma olmaqla üç sahədən ibarətdir. Beynəlxalq İnformatika standartları əsasında hazırlanmış tədris proqramı ilə proqramlaşdırmanın əsas anlayışlarını öyrədir. CodeMino əyləncəli səhnə və personajları ilə şagirdlər üçün proqramlaşdırmanı öyrənmə prosesini əyləncəli hala gətirir.

CodeMino Ferma

Sinxron işləyən Blok, Python və Javascript kod redaktorları vasitəsilə mətn proqramlaşdırma dillərini öyrədir. Sinxron işləməsi nəticəsində Mətn əsaslı və Blok əsaslı kod redaktorları arasında keçid etmək mümkündür. Beləliklə Python və Javascript dillərini öyrənməyi daha asan hala gətirir.


CodeMino Cırtdan

Proqramlaşdırmaya təzə başlayan (5-7 yaş) uşaqlara programlaşdırma əsaslarını əyləncəli bir şəkildə öyrətmək üçün hazırlanmış interaktiv öyrədici oyundur. Blokları lego parçalarını birləşdirirmiş kimi alt-alta əlavə edərək alqoritm və proqramlaşdırmanın əsaslarını öyrənə bilərlər. Oxuyub-yazma öyrənməyə başlamazdan əvvəl proqramlaşdırma öyrənə bilirlər.


CodeMino Boo

Bu dəfə kompüter sizsiniz. Sizə verilən kodları oxuyun və izah edin. Ok düyması ilə əmrləri yerinə getirin və Boo’ nu hədəfinə çatdırın.Sinxron işləyən Mətn əsaslı və Blok əsaslı proqramlaşdırma redaktorudur. Kodlar vasitəsilə qrafiklər çəkən zaman riyazi bacarıqlarınızı inkişaf etdirəcəksiniz .


CodeCizz

CodeCizz redaktor vasitəsilə proqramlaşdırmanı öyrənən zaman həndəsi şəkillər çəkərək rəqəmsal incəsənət nümunələri hazırlaya bilərsiz.

Platformanın şagird və müəllimlər üçün təqdim etdiyi digər imkanlar


✓ Müəllim/şagird əlavə etmə/çıxartma/arxivləmə

✓ Şagird inkişafının izlənməsi

✓ Məktəb/sinif/şagird analiz ekranı

✓ Şagird səhnə məhdudlaşdırma

✓ Müəllim bələdçisi

✓ Əvvəlcədən proqramlaşdırma təcrübəsi tələb etmir


Codemino valideyn/müəllim paneli sizə şagirdlərinizin inkişafını izləyərkən zamana qənaət etməyə imkan yaradır. Analiz bölməsində şagirdlərinizin dərslərdə nə qeder inkişaf etdiyini və nə qədər yaxşı nəticə göstərdiklərini görə bilərsiniz. Bu da şagirdlərin çətinlik çəkdiyi bölümləri tapmağa və ən əsas da ələ almağı asanlaşdırır. İdarə panelinə ödənişsiz qeydiyyatdan keçə bilərsiniz. İstəsəniz sizə uyğun paketlərdən faydalana bilərsiniz.

1