Cəfər Cabbarlı 44, Caspian Plaza

Evdə bitki yetiştirənlər üçün bu video çox faydalı olacaq.. Esp32 və bir neçə sensordan istifadə edərək bitki torpağının nəmini və otagın temperatur və nəm dəyərlərini ölçə bilən cihaz hazırladım. 

Layihədə ESP32-dən istifadə etməmin səbəbi isə ESP32 -in daxilində bluetooth və wifinin olmasıdır. Əgər ESP32 əlinizdə yoxdursa arduino və esp8266 və ya arduino ethernet modulundanda istifadə edərək bu layihəni hazırlaya bilərsiz.


ESP32 -nin wifi funksyasından istifadə edərək sensorlardan aldığım məlumatları internet üzərindən bir bulut serverinə göndərəcəm.

 Mənə lazım olan bulut serverində olmasını istədiyim parametlər sensorlardan göndərdiyim dəyərləri həm web üzərindən həmdə mobil tətbiq ilə görə bilməm idi. buna uyğun bir araşdırma etdim və blynk bulut serverini bəyəndim. ESP32 üzərində qurlaşdırmaq və interfeysi çox asan idi . siz bu layihəni hazırlasanız başqa bulut serverlərindəndə istifadə edə bilərsiniz.

Bitkinin torpağının nəmini ölçmək üçün Tutumlu torpaq nəm sensordundan,Otağın temperatur və nəmliyini ölçmək üçün isə DHT11 sensordundan istifadə edirəm.Əlavə olaraq bitkinin torpağı qurumağa başlayarsa siqnal çalması üçün Buzzerdən istifadə edirəm.

Bitkinin işıqladırılması üçün göy və qırmızı ledlərdən istifadə edirəm. (internetdə oxuduğum bir yazıya görə bitkinin yetişməsi üçün göy və qırmızı işıq şüaları əsas rol oynayır. ancaq bu məlumat nə dərəcədə doğrudur əmin deyiləm. Bunla bağlı fikiri olanlar rəylərdə qeyd etsinlər.)

İşıqların gecə olduqda avtomatik yanması üçün isə fotoresistordan istifadə edirəm.Breadboard üzərində dövrəmi qurub, Arduino İde programından istifadə edərək kodu yükləyirəm.Dövrəni test etdikdən sonra 3D printerdən istifadə edərək elektrik dövrəmi bitkinin qabına birləşik şəkildə saxlayan parçaları çap edirəm.

Breadboard üzərindəki dövərmin birləşmələrini lehimləyirəm. əlavə olaraq dövrəmə 3.7v gərginliyi olan baterya və bateryanı usb ilə şarj edən dövrənidə əlavə edib lehimləyirəm.

STL faylları: https://www.thingiverse.com/thing:6294926

Source Code: https://github.com/correcttechno/edtech_az_youtube/tree/master/ESP32%20PlantProject




1