Cəfər Cabbarlı 44, Caspian Plaza

eTwinning nədir?

eTwinning, Avropadakı məktəblər üçün yaradılan bir cəmiyyətdir.

eTwinning, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr hazırlamaq, paylaşmaq; Bir sözlə, Avropa ölkələrindəki iştirakçı məktəblərdən birində işləyən işçilər üçün (müəllimlər, direktorlar, kitabxanaçılar və s.) Avropanın ən həyəcan verici öyrənmə birliyinin hiss etmələri və iştirak etmələri üçün bir platform təmin edir.  

Bir eTwinning layihəsi iki və ya daha çox Avropa Birliyi məktəbi arasında əvvəlcədən müəyyən edilmiş bir mövzuda bir layihə ortaqlığıdır.

Bu platformda müəllimlər şagirdləri ilə bərabər layihələrdə iştirak edirlər.  Layihələrin çoxu şagird mərkəzli olur. Bu, eTwinning-də ən çox yayılmış layihə növüdür. Fərqli məktəblərdən olan iki müəllim, tədris proqramının müəyyən aspektlərini inkişaf etdirmək üçün birlikdə bir layihə etməyə qərar verirlər. Bu qrupda, hər məktəbdən fərqli müəllimlər tərəfindən fənlərarası məzmuna aid layihələri və eyni fənn müəllimləri tərəfindən eyni məktəbdən fərqli şagird qrupları ilə hazırlanan layihələri tapa bilərik.

İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT)  bir rabitə cihazı və tətbiqetmə (məsələn, kompüter, şəbəkə təchizatı və proqram təminatı, peyk sistemləri, radio, televiziya və mobil telefonlar) və əlaqədar xidmətlər və digər tətbiqetmələri (məsələn, video konfrans və məsafədən təhsil) əhatə edir. eTwinning tədqiqatları internet və digər informasiya texnologiyalarından (İT) istifadə edərək əməkdaşlıq və birgə fəaliyyət şəklində aparılır. Bu səbəbdən eTwinning, təhlükəsiz və faydalı olan bütün İT alətlərinin istifadəsini təşviq edir.

eTwinning layihəsi necə  planlaşdırılır?

eTwinning layihəsi planlaşdırmaq üçün aşağıdakı amilləri nəzərə almaq lazımdır:

eTwinning layihələrinin şagirdlərə qazandırdıqları

Tədris proqramı çərçivəsində   dram, musiqi, yaradıcı yazı, uşaq oyunları, zəka oyunları, kodlaşdırma mozaikası, sənət kimi bir çox başqa fəaliyyətləri özündə birləşdirən eTwinning layihələri şagirdləri sosial, mədəni və fiziki cəhətdən inkişaf etdirməyi, dövrün və gələcəyin bacarıqları ilə təchiz olunmuş avadanlıqdan və bu avadanlıqdan bəşəriyyətin xeyrinə istifadə edə bilən, elm, mədəniyyət ilə maraqlanan və həssas duyğulu insanlar kimi yetişdirməyi hədəfləyir:

Layihələrin sonunda davranış dəyişikliklərinin daimi nəticələri olur və şagirdlər özlərini daha yaxşı ifadə edə bilirlər, özünəinamları artır. Yaradıcı düşünməyə başlayırlar. Dünyagörüşləri zənginləşir. Yeni dostlar qazanmaqla xəyallarını təcəssüm etdirə biləcəkləri mühit yaradırlar. Bir çox elm sahəsi haqqında kifayət qədər məlumatlı olurlar. İKT biliklərinə yiyələnirlər və bir çox  web 2.0 alətinin istifadəsini bilirlər. 

 eTwinning layihələrinin müəllimlər tərəfindən istifadə qaydaları haqqında çəkdiyim videolar:

 Twinspace əsas səhifəsinə kollajların yerləşdirilməsi

https://youtu.be/hKrUL0RY0Oc

Layihə tapşırıqlarının yerinə yetirilməsi və twinspace səhifəsində yerləşdirilməsi qaydası

https://youtu.be/3-yTEWRJ8uM

Forum bölməsinə şagirdlər şəkli necə yükləməlidir?

https://youtu.be/0uzeHpZBjyA

eTwinning layihələrində şagird dəvət edilməsi

https://youtu.be/9XuTaNFJSKo

Tvinboarda şəkil yükləmə

https://youtu.be/NzAR6jxycWw

Twinboarda video yükləmə

https://youtu.be/CTWeIwngbg4

Bundan əlavə  youtube kanalımda eTwinning layihələrində yerinə yetirdiyimiz tapşırıqların da videolarına baxa bilərsiniz.

https://youtube.com/channel/UCbWpJtSwIP-HDktM2m272Bw


Aynurə Əhədova

Neftçala şəhər Elton Həbibov adına 4 N-li tam orta məktəb/ İbtidai sinif müəllimi, TİPİM-nin təlimçisi və mentoru, Neftçala rayonu üzrə Təhsil Meneceri, Virtual Menecer, STEAM müəllimi,Avropa keyfiyyət nişanı alan eTwinning müəllimi 


Email: ehedova.1982@gmail.com

1