Cəfər Cabbarlı 44, Caspian Plaza

Dünyada qlobal pandemiya vəziyyəti yarandıqdan sonra onlayn öyrənmə platformalarında bir çox dəyişikliklər baş verdi. Ölkəmizdə tətbiq edilən virtual məktəb layihəsinin əsasını təşkil edən Microsoft Teams proqramında da bu müddət ərzində yeni imkanlar və funksiyalar istifadəçilər üçün əlçatan oldu. Son dövrlərdə Teams platformasında baş verəcək 9 yenilik ilə sizləri tanış etmək istəyirik:

  1. Reaksiya -emoji bölməsi. Artıq görüş iştirakçıları görüşdə mövzuya öz reaksiyalarını bildirmək üçün emojilərdən istifadə edə bilərlər. Emojilərdən məzmunu təqdim edən zaman da istifadə etmək mümkündür. Bu zaman hər bir istifadəçinin verdiyi reaksiya onu göstərən kiçik ekranın üzərində görünür. Məsələn ilin fəsilləri haqqında danışan zaman, “Kim yay fəsili sevirsə öz reaksiyasını -emojisini seçsin” deyərək bu funksiyadan tədris məqsədi ilə istifadə etmək. Bu imkan ekranın yuxarı hissəsində chat və breakout rooms düymələrinin arasında yerləşir. Əgər bu imkandan istifadə etmək istəmirsinizsə görüşün tənzimlənməsi seçimlərindən görüş üçün bu imkanı deaktiv edə bilərsiniz.

  2. Əl-qaldırma funksiyası- bildiyiniz kimi Microsoft Teams proqramında əl qaldırmaq imkanı mövcud idi. Artıq bu imkanı qısa yol düyməsi vasitəsi ilə də istifadə edə bilərsiz. Bunun üçün klaviaturadan CTRL+SHİFT+K düymələrini sıxmalısınız. Bu kombinasiyanı ikinci dəfə təkrar istifadə etməklə qaldırılmış əli aşağı salmaq olur.

  3. Görünüş dəyişdirici-  bu funksiya hm iştirakçılar həm də təqdimatçılar üçün əlçatandır. Sizin təqdimat etdiyiniz zaman asanlıqla fərqli görünüş rejimlərini seçməyinizə kömək edir. Məsələn bu rejimdən istifadə etməklə həm təqdimatı görə bilər həm də birlikdə rejimində iştirakçıları görə bilərsiniz. 

  4. Təqdimat rejimində qeydləri bağlamaq. Artıq Teams platformasında təqdimat edən zaman qeydlərinizi iştirakçılardan gizləmək mümkün olacaq. 

  5. High Contrast rejimi -bu rejimdən istifadə etməklə təqdimat zamanı təqdimatın rənglərini hər bir iştirakçı özünə məxsus fərdiləşdirə biləcək. Belə ki High Contrast rejimi seçildikdə şəkillər və qrafiklər arxa plana keçir və gölgə ilə örtülür. Nəticədə mətnlərdha diqqət çəkici  və oxunaqlı bir formaya çevrilir.

  6. Görüş yaratmağın yeni üsulu -görüş yaratmaq üçün artıq new meeting düyməsinə ehtiyac qalmayacaq. Yeni imkanın istifadəyə verilməsi ilə birlikdə təqvimdə dərs yaratmaq istədiyiniz zaman slotunun üzərinə sıxmaqla bir başa görüş yarada biləcəksiz. 

  7. Cavab seçimləri imkanları- Response option əmrindəki yönləndirmə və cavab tələb etmə seçimləri əlavə edilmişdir. Belə ki, require response seçimi aktivləşdirildiyi halda dəvət göndərilmiş iştirakçılar iştirak edib etməyəcəklərini bildirməlidirlər. Forward Allow forwarding seçimi ilə dəvətin başqa şəxslərə göndərilməsini qadağan edə bilərsiz. 

  8. Invite only seçimi -bildiyiniz kimi görüş haqqında tənzimləmələr hissəsində əvvələr təşkilata və ya linki olan şəxslər kimi seçimlər mövcud idi. Yeni dəyişikliklə artıq yalnız dəvət edilmişlər qoşula bilər kimi seçim mövcud olacaqdır.

  9. Teams görüşlərində 1000 nəfərlik limit.  Adi Teams video görüşlərindəki iştirakçı sayı ilə bağlı limit  A3 və ya A5 (E3 və ya E5 ) planına sahib təşkilatlarda artıq adi Teams görüşlərində 1000 qədər iştirakçıya qədər qaldırılmışdır.


Qeyd edək ki, bu imkanlardan bəziləri artıq istifadəçilər üçün əl çatandır. Digər imkanların isə mart ayının sonuna qədər tam istifadəyə verilməsi nəzərdə tutulub.

1