Cəfər Cabbarlı 44, Caspian Plaza

Microsoft şirkətinin məhsulu olan Minecraft: Təhsil Versiyası, şagirdlər üçün interaktiv və  cəlbedici öyrənmə təcrübə yaşatmaq üçün NASA ilə birlikdə "Artemis: Aya qayıtmaq" adlı minecraft dünyası hazırlayıb. Bu dünya vasitəsi ilə tədris ediləcəl dərslər NASA-nın 2024-cü ilə qədər ilk qadın və növbəti kişini Ayın üzərinə çıxarmaq məqsədi ilə təşkil olunan Artemis proqramı haqqındadır.

Dərs zamanı,  şagirdlər Artemis programında çalışan bir mühəndis kimi rol oynayacaqlar və ay roveri hazırlamaq üçün tapşırıq alacaqlar. Onlar, asan olmayan ay mühitində dayanıqlı bir rover dizayn etmək üçün tənqidi düşüncə və problem həll etmə bacarıqlarını istifadə etməlidirlər.

Dərslər aşağıdakı öyrənmə məqsədlərinə uyğun hazırlanmışdır:

Bu dərslər şagirdləri STEM təhsilinə cəlb etmək və onları elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində karyera seçiminə ilhamlandırmaq məqsədi ilə hazırlanmışdır. verir. Minecraft vasitəsilə virtual ay mühiti yaratmaqla, tələbələr Ayın araşdırılması məsələlərini araşdırıb öyrənə bilərlər.

Dərs Minecraft təhsil portalında bütün resurslar ilə birlikdə: minecraft dünyası, dərs planı və s. ilə birlikdə ödənişsiz və hamıya əlçatan formada yerləşdirilmişdir.

Tələb olunan dərs materiallarını bu linkdən yükləyə bilərsiz:

https://education.minecraft.net/en-us/lessons/artemis-return-to-the-moon

1