Ethical Hacking Day - EdTech Azerbaijan

Ethical Hacking Day

14 dekabr 2019 -cu il tarixində Edtech Azərbaycan komandasının və Dünya məktəbinin təşkilatçılığı ilə Dünya məktəbində şagirdlər üçün “Ethical Hacking Day” maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd şagirdlərin informasiya texnologiyalarına olan marağını düzgün istiqamətə yönləndirmək, şagirdləri informasiya təhlükəsizliyi sahəsində məlumatlandırmaq, onları gələcəyin ən çox tələb olunan peşə sahələrindən olan informasiya təhlükəsizliyi üzrə mütəxəssis peşə sahəsi ilə tanış etmək idi. Tədbir əvvəlində şagirdlərə informasiya təhlükəsizliyi ilə bağlı ümumi məlumatlar verildi. Daha sonra informasiya təhüləsizliyi üzrə mütəxxəsis Ceyhun Cəfərov şagirdlərin informasiya təhlükəsizliyi ilə bağlı suallarını cavablandırdı. Ceyhun Cəfərov “HackerOne”-da dünya top 100 informasiya təhlükəsizliyi mütəxəssisləri sırasına daxil olan ilk azərbaycanlıdır. Dünyanın öndə gedən şirkətlərində təhlükəsizlik boşluqları taparaq bir çoxundan mükafat alıb və həmçinin adı şirkətlərin şərəf lövhələrinə daxil edilib. Boşluq tapdığı saytların siyahısında microsoft.com, intel.com, twitter.com, yahoo.com, facebook.com, adobe.com, vimeo.com, dropbox.com, cloudflare.com, snapchat.com, uber.com, vk.com, mail.ru, yandex.ru kimi saytlar var. Tədbir şagirdlər üçün təşkil olunmuş təlimlərlə davam etdi. Bu təlimlərdə şagirdlər kriptografiya, sosial - mühəndislik sahələrdən seçilmiş fəaliyyətləri yerinə yetirdilər, informasiya təhlükəsizliyində ən çox istifadə olunan əməliyyat sistemlərindən biri olan Kali Linux əməliyyat sistemi ilə tanış oldular. Tədbirə şagirdlər arasında təşkil olunmuş bilik yarışı, hədiyyələrin və sertifikatların paylanması ilə yekun vuruldu.