"İlk mobil tətbiqetməni yarat!" uşaqlar üçün master-klass - EdTech Azerbaijan

Günümüzdə Play Store da 3 milyondan çox tətbiqetmə olduğunu bilirdinizmi? Mobil telefonlar və planşetlərin həyatımızdakı rolu artdıqca, mobil tətbiqetmələrə olan ehtiyac da onunla bərabər artır.

Bu master-klassda iştirakçılar öz mobil proqramlarını hazırlamaq yolunda ilk addımlarını atırlar. Master-klass zamanı "Massachusetts Institute of Technology" universiteti tərəfindən uşaqlara mobil proqramlaşdırmanı öyrətmək üçün nəzərdə tutulmuş resurslardan istifadə edilir. Proqramlaşdırma sahəsində heç bir ilkin biliyi olmayan uşaqlar belə sürüklə burax (drag & drop) üsulu ilə işləyən, blok əsaslı bu platformadan faydalana biləcəklər. Seminarda uşaqlar əldə edirlər:

Vacib qeydlər: Proqram iştirakçıları proqramda istifadə üçün noutbukdan (laptop) istifadə zəruridir. Master-klassa qoşulmaq üçün heçbir ilkin proqramlaşdırma biliyinin olmasına ehtiyac yoxdur.

Sessiyanın dili: Sessiya Azərbaycan dilində aparılacaqdır.

Ünvan: Sessiya onlayn baş tutacaqdır və hər dərsdən əvvəl iştirakçılara təlimə qoşulmaq üçün link göndəriləcəkdir.

Qeydiyyat üçün link: https://forms.gle/fiRvra6KRpb2HNna8 

İndi qeydiyyatdan keçin!