Cəfər Cabbarlı 44, Caspian Plaza

Beynəlxalq İnternet Təhlükəsizliyi günü münasibəti ilə müsabiqə elan edirik.

Müsabiqənin məqsədi uşaqlar arasında internetdən düzgün, təhlükəsiz və məqsədyönlü istifadəni təbliğ etməkdir.

Qaydalar:

Müsabiqədə iştirak etmək üçün şagirdlər “İnternetdən Təhlükəsiz istifadə” mövzusunda
hazırladıqları posteri Qeydiyyat formu vasitəsi ilə bizimlə paylaşmalıdır.

Təqdim olunmuş posterlər bu səhifədə paylaşılacaqdır. Səhifədə paylaşılmış işlərdən ən çox səs toplamış 5 iş qalib elan olunacaqdır.

Müsabiqədə 3-9 -cu sinif şagirdləri iştirak edə bilər.

Müsabiqəyə bir şagird yalnız bir iş göndərə bilər.

Posteri istər kompüter, planşet və digər rəqəmsal qurğular, istərsə də əllə hazırlamaq olar.

İşlərin son qəbul tarixi 5 Fevral 2019- cu il, saat 18.00- dır.

Səs vermə 15 Fevral 2019- cu il, saat 18.00- da yekunlaşacaqdır

Qaliblərə və iştirakçılara sertifikat və hədiyyələr təqdim olunacaqdır.

Müsabiqədə iştirak etmək üçün qeydiyyat linki:

https://goo.gl/forms/q9EWa80JyQC54VZ82 

1