Seminar: Onlayn Təhsilə “Dərin Baxış” - EdTech Azerbaijan

Onlayn Təhsilə “Dərin Baxış”

Təlimçi: Mərdan Əliyev, “Universal American School - Kuwait” - də riyaziyyat müəllimi və onlayn təhsil üzrə mütəxəssis. 

Əziz müəllimlər,

Covid-19 pandemiyası səbəbilə zərurətə çevrilmiş distant təhsilə dəstək üçün təşkil edəcəyimiz “Dərin Baxış” təliminə hamınız dəvətlisiniz. Təlim zamanı aşağıdakı mövzulara toxunaraq onlayn təhsil anlayışını dərindən incələyəcək, mövcud bilik və bacarıqlarımızı inkişaf etdirəcəyik. 

✅Onlayn təlim kursuna hazırlıq mərhələsi - kurs dizayn;

Burada bir müəllimin onlayn dərslərə başlamazdan əvvəl diqqət etməsi gərəkən məqamlar, mövcud çətinliklər və optimal həll yolları haqda danışacağıq.

✅Sinxron, asinxron öyrənmə və “flipped classroom” modeli;

Burada onlayn öyrənmə modelləri və növbəti dərs ili ilə bağlı qlobal təsəvvürləri müzakirə edəcəyik.

✅Öyrənmənin elektron tənzimlənməsi - LMS;

Burada onlayn öyrənmənin əlçatımlılığını təmin edən müxtəlif LMS - lər (Learning Management Systems) və bəzi praktik alternativlər haqda danışacağıq.

✅Mənim interaktiv onlayn dərsim;

Burada ən son texnoloji yeniliklərdən bəhrələnərək hazırlanmış bir onlayn dərs nümunəsini bərabər təhlil edəcəyik.