Cəfər Cabbarlı 44, Caspian Plaza

Əziz şagirdlər, sizə möhtəşəm xəbərimiz var.!

2021 Beynəlxalq İnternet Təhlükəsizliyi günü münasibəti ilə “Birlikdə daha yaxşı internet üçün! ” adlı müsabiqəmizi elan edirik!

Müsabiqənin məqsədi uşaqlar arasında internetdən düzgün, təhlükəsiz və məqsədyönlü istifadəni təbliğ etməkdir.

Qaydalar:

Müsabiqədə iştirak etmək  üçün şagirdlər “İnternetdən Təhlükəsiz istifadə” mövzusunda 

hazırladıqları posteri Facebook səhifəmizdə bu elanın altında rəy formasında aşağıdakı formatda bizimlə paylaşmalıdır:

[ Şagirdin adı və soyadı ]

[ Sinifin adı ]

[ Məktəbin adı ]

Müsabiqəyə bir şagird yalnız bir iş göndərə bilər. Əvvəlki illərdə göndərilmiş işlərin təkrar göndərilməsinə, müəlliflik hüququ digər şəxlərə məxsus olan işlərin göndərilməsinə icazə verilmir. Əgər müsabiqəyə qəbul olunmuş işin təkrar və ya başqa şəxsə məxsus olduğu müəyyən edilərsə, iş müsabiqədən kənarlaşdırılacaqdır;

Posteri kompüter, planşet və digər rəqəmsal qurğular vasitəsi ilə, istərsə də əllə hazırlamaq olar;

İşlərin son qəbul tarixi 05 Fevral 2021, saat 18.00-dur; 

Qalib işlərin müəyyənləşdirilməsində aşağıdakı 3 meyardan istifadə olunacaqdır:

  1. Təhlükəsiz internet və internetdən düzgün istifadəyə aid fikirlərin posterdə aydın əks olunması;

  2. Hazırlanmış işin orjinallığı və müəllifin yaradıcılığı;

  3. Posterin dizaynı və estetik görünüşü.

Qaliblərə və iştirakçılara sonda sertifikat təqdim olunacaqdır.

Ətraflı məlumat üçün:  (050) 716 04 96

Email: info@edtech.az


1