Uşaqlar üçün proqramlaşdırma - EdTech Azerbaijan
Əziz valideynlər,
Fevral ayından etibarən qruplar şəklində uşaqlar üçün proqramlaşdırma dərslərinə başlayırıq.
Günümüzün rəqəmsal dünyasında artıq proqramlaşdırma və alqoritmik düşüncə təməl bacarıqlardan biri hesab olunur. Problem həll etmə, yaradıcılıq, məntiqi təffəkkür, tənqidi- yanaşma kimi 21 əsr bacarıqlarının inkişaf etdirdiyimiz dərslərimizdə, uşaqlar öz animasiyalarını, videolarını, oyunlarını hazırlamaqla əyləncəli formada ilkin proqramlaşdırma vərdişlərini əldə edirlər.
Dərslərimiz şagirdlərin aşağıdakı mövzularda bilik və bacarıqlarının inkişaf etməsinə xidmət edir:
Məsələnin həll alqoritminin qurulması
Proqramlaşdırma alətlərindən istifadə etməklə animasiyaların hazırlanması
Oyunların yaradılması
Python proqramlaşdırma mühitində proqramların hazırlanması
Mini robotların və mikrosxemlərin proqramlaşdırılması
Niyə bizi seçməli?
Tədris proqramı haqqında ümumi məlumat:
Dərslər həftədə iki dəfə 1.5 saat təşkil edir;
Dərslər onlayn formada keçirilir;
Dərslər 2-5 siniflər və 6-8 siniflər üçün ayrı-ayrılıqda təşkil olunur;
Başlanğıc təlim kursu 3 ay davam edir və daha sonra şagird yaş səviyyəsinə və bacarığına uyğun istiqamətdə növbəti mərhələyə yönləndirilir;
Ödəniş 8 dərs üçün 60 manatdır;
İlk dərsdə şagird dərsin gedişatını yoxlamaq məqsədilə nümunə dərs kimi ödənişsiz iştirak edə bilər
Qeydiyyat üçün link: https://forms.gle/wNPpwEo5PdBrXmSGA
Əlaqə nömrəsi: 050 716 04 96
www.edtech.az