Bilirsinizmi animasiya videolar necə hazırlanır? Bəlkə bu dəfə öz animasiya videomuzu hazırlayaq?
1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibəti ilə növbəti layihəmizi sizə təqdim edirik: “Oyuncaqlar bayramımızı təbrik edir”
Layihəyə qoşulmaq üçün addımlar:
Animasiyanı hazırlamaq üçün sizə aşağıdakılar lazım olacaq (fərqli dizaynlar üçün başqa elementlər də istifadə edə bilərsiz):
Stop Motion Studio proqramı yüklənmiş mobil telefon
Hər hansısa oyuncaq və ya əşya
Yapışqan lent, marker , qulaq çöpü, kağız və qayçı
Linkində verilmiş tətbiqetməni telefonunuza quraşdırın
Android qurğuları üçün: https://play.google.com/store/apps/details?id=com.cateater.stopmotionstudio&hl=en
Apple qurğuları üçün: https://apps.apple.com/us/app/stop-motion-studio/id441651297
Verilmiş videonu diqqətlə sona qədər izləyin
Seçdiyiniz oyuncaq və ya əşya ilə 1 iyun Beynəlxalq uşaqlar günü mövzusunda hazırladığınız 10 saniyəlik stop-motion animasiya videosunu aşağıdakı form üzərindən bizimlə paylaşın: https://forms.gle/SQdU8bFWDovdkVgv9
İnsanların diqqətini bu mövzuya cəlb etmək üçün hazırladığınız videoları öz profilinizdə də paylaşmağı tövsiyyə edirik.
İşlərin qəbulu üçün son tarix: 01.06.2020, saat 18.00