Haqqımızda

Rəqəmsal dünyanın sakinləri olaraq, texnologiyanın gündəlik həyatımızı necə dəyişməsini hamımız hiss edirik. Öyrədici videolar, oyunlar, internet resursları, virtual reallıq, artırılmış reallıq, təhsil tətbiqetmələri, ağıllı lövhələr, robotlar və s. ilə texnologiyanın şübhəsiz ki ən çox təsir göstərdiyi və dəyişdirdiyi sahələrdən biri də təhsil sahəsidir. Təhsil sahəsində texnologiyadan istifadə öyrənənlərə istənilən zaman öyrənmə resurslarını əl çatan edir, öz yaradıcılıq bacarıqlarının göstərməyə, əməkdaşlıq, problem həll etmə, tənqidi- təfəkkür kimi 21 əsr bacarıqlarını inkişaf etdirməyə, öz sürəti ilə öyrənməyə imkan verir. Eyni zamanda valideynlər, müəllimlər və digər təhsil sahəsində çalışanlar üçün də yeni imkanlar yaradır. 

Lakin bütün bu imkanlardan yararlanmaq üçün  təhsil texnologiyadan istifadə etmək üçün təhsil prosesində texnologiyadan düzgün planlaşdırılmış və məqsədyönlü şəkildə istifadə edilməlidir. Bu isə özlüyündə o qədər də sadə proses deyildir. 

Edtech Azərbaycan komandası olaraq təhsilin keyfiyyətinə, müasir texnoloji yeniliklərdən düzgün istifadə  olunmasına önəm verən tədris  müəssisələrinə və fərdlərə yüksək keyfiyyətli xidmət göstərmək üçün yola çıxmışıq.

Komandamız ölkəmizin qabaqcıl təhsil müəssisələrində çalışan Google Educator, Apple Teacher, Microsoft İnnovative Educator və s. kimi beynəlxalq dərəcələrə malik peşəkar mütəxəssislərdən ibarətdir. Biz aşağıdakı innovativ rəqəmsal həllər, xidmətlər və təlimləri təklif edirik:

Misiyamız

Dünyanın ən müasir texnologiyalarının, rəqəmsal həllərinin və qabaqcıl təcrübəsinin ölkəmizdə təhsil  sahəsində fəaliyyət göstərən müəssisələrə və şəxslərə əl çatan etməkdir.

Dəyərlərimiz:

Yaradıcılıq və innovativlik- EdTech Azərbaycan komandası olaraq hər zaman yenilikləri izləyir və tətbiq edir, yaradıcı, innovativ həllər və xidmətlər təqdim etməyə çalışırıq.

Komanda işi- texnologiyanın tətbiq olunduğu müxtəlif sahələri təmsil edən əməkdaşlarımız, sizə ən uyğun həll yolunu təqdim etmək və xidməti göstərmək üçün hər zaman birlikdə çalışır və nəticədə siz bir mütəxəssisin yox, müxtəlif sahələrdən ekspertlər olan insanların birlikdə hazırlayıb, təqdim etdiyi xidmət ilə təmin olunursuz. 

Hörmət və etibar, dürüstlük- Öz fəaliyyətimizdə təməl dəyərlər olan qarşılıqlı hörmət və etibarı ön plana çəkir, hər bir əməkdaşımız və xidmət göstərdiyimiz tərəflə dürüst və ədalətli münasibət qururuq. 

Sosial məsuliyyət- ölkə təhsilinə töhfə vermək, öyrənənlər və öyrədənlər üçün ən yaxşı təhsil imkanlarını yaratmaq və əl-çatan etmək üçün bütün gücümüzlə çalışırıq.

 Üstünlüklərimiz