"Qiymətləndirmə prosesində rəqəmsal resurslardan istifadə" təlimi

Müasir texnologiyalar tədris prosesində müəllimlər üçün müxtəlif imkanlar yaradır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi və analizi təlim prosesinin çox vacib hissəsidir. Qiymətləndirmə prosesində texnologiyadan istifadə müəllimlərə, müxtəlif qiymətləndirmə növlərini yaratmağa, şagirdin nəticəsin dərhal müəyyən etməyə, şagirdlərin məlumatlarını təhlil etməyə və gələcək dərslərin planlaşdırılması üçün istifadə etməyə imkan verir.

Təlim zamanı müəllimlər müxtəlif rəqəmsal qiymətləndirmə vasitələri və sinifdə tətbiqetmə yolları ilə tanış olacaqlar. Təlimdə müəllimlər öz qiymətləndirmə nümunələrini hazırlayacaq və dərslərdə real tətbiq imkanları nəzərdən keçiriləcəkdir.

Təlimdə iştirak etmək üçün əlaqə vasitələrimizlə bizə müraciət edə bilərsiniz.