Rəqəmsal həllərin hazırlanması

Cəmiyyətin hər bir sahəsində rəqəmsal əlçatanlığa nail olmaq, müəssisələrə və şəxslərə keyfiyyətli rəqəmsal xidmətlərin təqdim etmək   Edtech Azərbaycan komandası olaraq qarşıya qoyduğumuz məqsədlərdən biridir. Xüsusi ilə məktəblər, valideynlər və şagirdlər üçün yeni dövrün ən müasir rəqəmsal xidmətlərini əlçatan etmək, bizim üçün mühüm əhəmiyyət daşıyır. Həyatımızın son 10 ilinə geri baxsaq, dünyanın texnoloji baxımdan  sürətlə dəyişdiyini, mobil qurğuların, internetin həyatımızda daha çox rol oynadığı bir dövrə qədəm qoyduğumuzu anlayarıq. Mobil qurğuların  rahatlığı və özümüzlə asanlıqla daşına bilməsi, internetə çıxış imkanı və sosial mediada  zəngin məzmunun yaradıla və paylaşıla bilməsi , interaktiv multimediya sistemlərinin rahatlığı bizim işləmək, istirahət, öyrənmək kimi fəaliyyət formalarımızı dəyişdi. Təhsil şübhəsiz ki, yeni dövrün üstünlüklərindən faydalanmaq üçün ən böyük potensiala malik olan sahələrdən biridir. Əgər 21 əsr texnologiyasının və rəqəmsal xidmətlərinin öz müəssisənizdə görmək və  üstünlüklərindən faydalanmaq istəyirsinizsə, Edtech Azərbaycan komandası olaraq sizinlə əməkdaşlıq etməyə hazırıq: