“Tədris prosesində Google alətləri” təlimi

“Tədris prosesində Google alətləri” təlimi

Google dünyanın aparıcı şirkətlərindən biri olaraq Təhsil sahəsinə xüsusi önəm verir və təhsil sahəsində istifadə etmək üçün bir birindən maraqlı müxtəlif alətlər təqdim edir. 

Google təhsil alətləri şagirdlərə öyrənmədə, müəllimlərə və təhsil sahəsində çalışan şəxslərə isə öyrətmə və idarəetmə prosesində yeni imkanlar yaradır. Google təqdim etdiyi müxtəlif onlayn resurslardan, qurğulardan istifadə edərək şagirdlər öz aralarında və müəllim ilə real zaman anında əməkdaşlıq, yaradıcılıq bacarıqlarını, problem həll etmə bacarıqlarını, tənqidi təffəkürlərini inkişaf etdirmək üçün şansı əldə etmiş olurlar. 

Google müəllimlər və şagirdlər üçün hazır təhsil proqramları təminatçısıdır. Google - un müəllimlər üçün mövcud olan sertifikatları dünyanın hər bir ölkəsində tanınan, beynəlxalq dərəcəli sertifikatlar hesab olunur.

Bulud texnologiyaların xüsusi bir önəm daşıdığı dövrdə Google ən yeni xidmətləri ilə tanış olmaq və gündəlik həyatınızda, dərslərinizdə istifadə etmək üçün sizləri  “Tədris prosesində Google alətləri” təlimlərimizə qoşulmağa dəvət edirik.