"Təhsildə Oyunlaşdırma" təlimi

Təlimin təsviri:

Oyunlaşdırma , fərdlərin mövcud prosesə və məsələnin həllinə cəlb olunma və motivasiya səviyyəsini artırmaq üçün oyun olmayan kontekstlərdə  oyun mexanizmlərinin istifadədir: bu bizə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əyləncəli və faydalı fəaliyyətlər yaratmağa imkan verir.

Təhsildə Oyunlaşdırma təlimimiz müəllimlərə və təhsil işçilərinə  oyunlaşdırma və dərslərdə oyunlaşdırma fəaliyyətlərdən necə istifadə etməyi öyrənməyə kömək edir. Yaxşı planlaşdırılmış Oyunlaşdırma fəaliyyəti müəllimə imkan verir ki,  dərsini cəlb edici, mənalı və əyləncəli təlim fəaliyyətlərinə çevirə bilsin. Ən bəsit formada oyunlaşdırma oyunun elementlərini - balları, döş nişanlarını və lider lövhələrini öyrənmə  mühitinə daxil edir ki, şagirdlər əylənsinlər və materialı yükəsk səviyyədə mənimsəmək üçün  üçün həvəslənsinlər.

Təlim, öz sinifində oyun əsaslı öyrənmənin potensialını kəşf etməkdə maraqlı olan hər bir müəllim üçündür.Təlim zamanı oyunlaşdırma elementlərinin öyeənmə və öyrətmə prosesinə inteqrasiyası ilə əldə olunan yeni imkanlar, tədrisdə oyunlaşdırma elementlərindən istifadənin üstünlükləri, inteqrasiya zamanı qarşılaşa biləcəyiniz çətinliklərini araşdıracaq və gündəlik tədris təcrübənizdə istifadə edə biləcəyiniz oyunlaşdırma  alətləri və praktik fəaliyyət  nümunələri  təqdim ediləcəkdir.

Təhsildə Oyunlaşdırma təlimi aşağıdakıları əhatə edəcəkdir: 

“Təhsildə Oyunlaşdırma” təlimimizdə iştirak etmək və ya bizi məktəbinizə dəvət etmək üçün əlaqə bölməsindən istifadə etməyə çəkinməyin.