Cəfər Cabbarlı 44, Caspian Plaza

Müasir təhsilinin əsas məqsədi şagirdləri  hərtərəfli bir şəxsiyyət  kimi cəmiyyət üçün yetişdirməkdir. Bu məqsədlə məktəblər və təhsil müəssisələri öz infrastrukturlarını, pedaqoji heyətinin daimi peşəkar inkişafı haqqında düşünməli, bu sahədə müntəzəm işlər görməlidirlər. Şübhəsiz ki, günümüzün dünyasında rəqəmsal texnologiyaların imkanlarından istifadə etmədən, müasir məktəb qurmaq, şagirdlər üçün öz bacarıqlarını inkişaf etdirə biləcəkləri öyrənmə mühiti yaratmaq çox çətindir. Üstəlik müəssisədə ən müasir texnologiyaların olması, onun düzgün istifadə edilməsi mənasına gəlmir. Bəzən düzgün istifadə edilməyən resurslar, təhsilin keyfiyyətini artırmaq əvəzinə əks təsir göstərir. Bu səbəbdən infrastrukturun düzgün planlaşdırılması ilə yanaşı, müəssisənin işçi heyətinin də bu texnoloji yeniliklərdən yüksək səviyyədə istifadə edə bilməsi mühüm əhəmiyyət kəsb edir. 

Edtech Azərbaycan komandası təhsil müəssisələrində texnoloji layihələrin düzgün planlaşdırılması, icra edilməsi və eyni zamanda istifadəsi zamanı  yaranan problemlərin aradan qaldırılması üçün İT konsultasiya xidməti göstərir. Eyni zamanda öz işçilərinin peşəkar inkişafına xüsusi önəm verən müəssisələr üçün aşağıdakı peşəkar inkişaf xidmətlərimizlə dəstək oluruq


1