Cəfər Cabbarlı 44, Caspian Plaza

Python müxtəlif sahələrdə tətbiq edilə bilən mükəmməl proqramlaşdırma dilidir və bu sahələrdən biri də data elmidir. Bu yazımızda sizi bir neçə sətr kod yazmaq ilə necə interaktiv diaqram qura biləcəyinizi göstərəcəyik. 

İlk növbədə diaqram qurmaq üçün istifadə edəcəyimiz xüsusi kitabxana ilə tanış olaq: PyGal. Bu kitabaxananı kompüterinizə qurmaq üçün aşağıdakı addımları təkrar edin:

  1. Win+ R düymələrini eyni zamanda sıxaraq komanda sətrini ekrana gətirin.

  2. Komanda sətrində cmd yazaraq terminala keçid edin.

  3. Terminalda PyGal kitabxanasını yükləmək üçün: pip install pygal yazın.

  4. ENTER düyməsini sıxaraq prosesi tamamlayın.


PyGal kitabxanası kompüterə quraşdırıldıqdan sonra, istifadə etdiyiniz Python interperatorunu açın. 

from pygal import Bar

komandası ilə pygal kitabxanasından Bar- diagram imkanını proqrama daxil edin. Daha sonra isə 

chart=Bar(title="Olimpiya Oyunlari")


komandası vasitəsi ilə chart adlı dəyişən yaradın. Bu dəyişən sizin diaqramınızı təmsil edəcək. title komandası isə diaqramınıza başlıq əlavə etməyə kömək edir. Bizim nümunəmizdə bu Olimpia Oyunları başlığıdır. Növbəti mərhələdə diaqramımıza məlumatları əlavə etməyə başlayacağıq. Diaqrama məlumatlar həm tək-tək dəyişən formasında, həm siyahı vasitəsi ilə, həm də fayldan oxumaqla əlavə edilə bilər. Tək-tək məlumatları aşağıdakı kod vasitəsi ilə daxil edə bilərik.

chart.add("Azerbaijan",17)

chart.add("Turkey",15)

chart.add("US",8)


Sonuncu addım kimi isə diaqramımızı müəyyən bir faylda yaddaşda saxlamalıyıq. Bunun üçün:

chart.render_to_file('Oyun.svg')


kod sətrindən istifadə edəcəyik. Bu kod sətri özündə sizin diaqramınızı saxlayan Oyun.svg adlı fayl yaradır. Python kodunu yaddaşda saxlayıb, işə saldıqdan sonra yeni yaradılmış faylı Python kodunu yaddaşda saxladığınız qovluqda tapa bilərsiniz.

Ümumilikdə isə bütün proqram aşağıdakı şəkildə olacaqdır. 

from pygal import Bar

chart = Bar(title="Olimpiya Oyunları")

chart.add("Azerbaijan", 17)

chart.add("Turkey", 15)

chart.add("US", 8)

chart.render_to_file("Oyun.svg")


Eyni proqramı siyahıdan istifadə edərək yazsaq:


from pygal import Bar

chart=Bar(title="Olimpiya Oyunları")

us = ['United States', 2304]

ru = ['Russia', 1413]

az = ['Azerbaijan', 2399]

chart.add(us[0], us[1])

chart.add(ru[0], ru[1])

chart.add(az[0], az[1])

chart.render_to_file('demo.svg')


Əgər medalların sayı csv faylında yaddaşda saxlanmışdırsa, bu zaman proqram aşağıdakı kimi olar:


from pygal import Bar

chart=Bar(title="Olimpiya Oyunları")

with open('medals.csv') as f:

   for line in f:

       data=line.split(',')

       teams=data[0]

       medals=data[1]

       chart.add(teams,int(medals))

chart.render_to_file('Result.svg')


Ümid edirik ki, yazı sizlər üçün maraqlı oldu. Sual və təkliflərinizi sosial media üzərindən bizə ünvanlaya bilərsiz.

1