Cəfər Cabbarlı 44, Caspian Plaza

VII Respublika Qrant Müsabiqəsi Qalibi- "Koderlər marafonu" layihəsi başa çatdı. 5 ay ərzində Quba rayonu üzrə məktəblilərin iştirak etdiyi layihədə təlim tərəfdaşı olaraq iştirak etdik. Təşkil etdiyimiz təlimlərdə şagirdlər Arduino mikrokontrolleri və Python proqramlaşdırma dili haqqında məlumat əldə etdilər. 

Praktik layihələr üzərində qurulmuş Arduino dərslərində şagirdlər Arduino Uno-nun təməl iş prinsiplərini, sensorlar, motorlar və onlardan istifadə edilməklə hazırlana biləcək müxtəlif layihələri icra etdilər.







Məktəblilər Python proqramlaşdırma dili dərslərində Python proqramlaşdırma dilinin əsas fundamental anlayışları ilə yanaşı, bu proqramlaşdırma dilində istifadə edilən müxtəlif kitabxanalar və onların istifadəsi qaydaları ilə tanış oldular. Python proqramlaşdırma dili ilə qrafik istifadəçi üzlü tətbiqetmələrin hazırlanması texnikasını öyrənən şagirdlər, gündəlik həyatda istifadə ede biləcəkləri müxtəlif layihələr hazırladılar.

Layihənin yekununda şagirdlər öz layihələrini hazırlayaraq təqdim etdilər. Layihənin həyata keçirilməsinində rolu olan hər bir şəxsə, şagirdlərə yaratdıqları bu imkana görə təşəkkürümüzü bildiririk.






1