Bakı Modern Məktəbində keçirilən Robotex beynəlxalq robototexnika olimpiadasında şagirdlərimiz “LEGO Line Legends” komandası ilə iştirak edərək Line Follower kateqoriyasında uğurlu nəticə əldə ediblər.
Line Follower yarışının əsas məqsədi robotların sahədəki qara xətlə işarələnmiş trayektoriyanı mümkün qədər tez və düzgün şəkildə tamamlamasıdır. Bu yarışda iki robot eyni anda, paralel və bir-birinin aynası olan trayektoriyalarda mübarizə aparır. Bu isə həm sürət, həm də strategiya baxımından iştirakçılardan yüksək bacarıq tələb edir.
Yarış qaydalarına əsasən robotlar yalnız LEGO konstruksiyalarından hazırlanmalıdır. Bu da iştirakçıların həm mexaniki quruluş, həm də proqramlaşdırma sahəsində bacarıqlarını nümayiş etdirməsi üçün əla fürsət yaradır.
Komandamız layihələrini uğurla təqdim edərək texniki biliklərini, yaradıcı düşüncə tərzini və komanda işini bir daha sübut etdi. Beynəlxalq səviyyədə keçirilən bu yarışda iştirak və əldə olunan nəticə gələcəyin mühəndisləri üçün dəyərli təcrübə oldu.
Danimarkada təşkil olunacaq Final mərhələsində iştirak hüquqi qazanan şagirdlərimizə uğurlar arzulayırıq.
EdTech Azerbaijan olaraq biz bu cür innovativ və inkişafyönümlü tədbirləri dəstəkləməyə davam edirik. Məqsədimiz şagirdlərin texnologiya, mühəndislik və elmi sahələrdə bacarıqlarını kəşf etməsinə və inkişaf etdirməsinə imkan yaratmaqdır.
Ünvan: Cəfər Cabbarlı 46, Deluxe Plaza, m4
Əlaqə: (+994) 50 716 04 96
Vebsayt: www.edtech.az
#Robotex2025 #LegoLineLegends #LineFollower #Proqramlaşdırma #FutureEngineers #STEAM #Robototexnika #EdTechAzerbaijan #InnovationInEducation #EdTechAZ #STEAMkids #robototexnika #STEAM