Şagirdimiz “Kiber Yay Məktəbi-2025”də 2-ci yerin qalibi oldu!
26 iyul 2025-ci ildə Bakı Ali Neft Məktəbində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi-2025”-in bağlanış mərasimi baş tutub. Altı gün davam edən intensiv təlimlərdə iştirakçılar kibertəhlükəsizlik sahəsində müasir bilik və bacarıqlar əldə ediblər.
Yay məktəbi müddətində iştirakçılar müxtəlif praktiki məşğələlərdə, ekspertlərlə görüşlərdə, həmçinin beynəlxalq səviyyəli “Capture The Flag” (CTF) kiber-yarışında öz biliklərini sınayıblar.

“Kiber Yay Məktəbi-2025”-də Azərbaycan və Türkiyədən 130 iştirakçı qatılıb. Onlardan 57 nəfəri yerli universitetlərdə yaradılan Kiber Klublarının üzvləridir. Təlimlər Red Team və Blue Team formatında aparılıb, iştirakçılar müxtəlif kiberhücum və müdafiə ssenarilərini tətbiq ediblər.
Şagirdimizin belə bir uğuru, həm onun şəxsi bacarıqlarının, həm də məktəbimizin gənc nəslə verdiyi dəstəyin göstəricisidir. Əminik ki, bu nailiyyət gələcəkdə daha böyük uğurların başlanğıcı olacaq!