Cəfər Cabbarlı 44, Caspian Plaza

Hər ilin Fevral ayının ikinci çərşənbə günü bütün dünyada Təhlükəsiz İnternet Günü kimi qeyd edilir. Bu il 9 Fevrala təsadüf edən bu gün cəmiyyəti internetdən düzgün, təhlükəsiz və məqsədyönlü istifadəyə təşviq etmək üçün qeyd olunur. Bəs internetdən düzgün və təhlükəsiz istifadə nədir? İnternet Təhlükəsizliyi qaydalarına əməl etdiyimizə necə əmin ola bilərik? Gəlin bununla bağlı bir neçə tövsiyyəni nəzərdən keçirək:

İnternetdə şəxsi məlumatları açıq şəkildə paylaşmayın. İnternetdə şəxsi məlumatları açıq şəkildə paylaşmaq öz şəkilinizi və ya şəxsi məlumatlarınızı yolun kənarında yerləşən bir lövhə üzərinə yerləşdirməyə bənzəyir. Hamıya açıq şəkildə paylaşılmış məlumatı istənilən bir şəxs istifadə edə, yükləyə, dəyişib yenidən paylaşa bilər. 

İnternetdə axtarış aparan zaman şagirdlər üçün nəzərdə tutulmuş Kidrex, Kiddle, Google Safe Search kimi təhlükəsiz axtarış sistemlərindən istifadə edin. Unutmayın, internetdə yerləşdirilmiş hər bir məlumat doğru deyildir. İnternetdə gördüyünüz bir məlumatın doğruluğuna əmin olmaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiz:

Sizə tanış olmayan şəxslərdən və elektron ünvanlardan gələn: Təbrik edirik ! Siz qazandız! İphone udduz ! tipli həvəsləndirici başlıqları olan məktublardan, naməlum internet səhifələrindən fayl və proqramları yükləməyin. Bir çox halda crack olaraq təqdim olunan proqramları yükləyən zaman siz öz kompüterinə virus da yükləmiş olursuz. Naməlum linklərə kliklənməsi də sizin məlumatlarınızın oğurlanması ilə nəticələnə bilər. İnternetdə təhlükəsizliyinizi qorumaq üçün mütləq güclü şifrələrdən istifadə etməlisiz. Güclü şifrə qurmaq üçün şifrədə aşağıdakılardan istifadə edin:

İnternetdə tanış olduğunuz şəxslərlə real həyatda görüşməkdən çəkinin.

Əgər görüşməli olsaz belə bu barədə mütləq valideynlərinizə məlumat verin, onlarla birlikdə ictimai bir yerdə görüşməyə üstünlük verin. Sizi narahat edən, qıcıqlandırıcı məktublar yazan şəxsləri dərhal blok edin və bu barədə müəlliminizə və ya valideyninizə məlumat verin.

İnternet bizim həyatımızın bir hissəsidir. Gündəlik həyatda məsuliyyətlərimiz olduğu kimi internetdə də biz məsuliyyətli bir şəxs kimi davranmalıyıq. Unutmayın ki, sizin dediyiniz acı söz, həyatda kiminsə incitdiyi kimi internetdə yazdığınız hər hansısa kobud ifadə qarşı tərəfi inciməsinə səbəb olacaqdır. Real həyatda nümunəvi vətəndaşlar olduğumuz kimi, internetdə də nümunəvi rəqəmsal vətəndaşlar olmalıyıq. Hər zaman internetdən düzgün istifadə edin və dostlarınızı da internetdən düzgün istifadə etməyi məsləhət görün. 

İndi isə yarış zamanı. İnternetdən nə qədər düzgün və təhlükəsiz istifadə etdiyinizi sınamaq istəyirsiz? Onda aşağıda verilmiş linkə daxil olun və sualları cavablandırın. Unutmayın ki, əgər 10 sualdan 9 və daha çoxuna düzgün cavab versəniz, “Təhlükəsiz İnternet Eksperti” sertifikatı qazanacaqsız. 

İmtahana daxil olmaq üçün link: https://forms.gle/zn3h3ynTPUxbFM5C9

Bu məqaləni paylaşmaqla daha çox insana çatmasına və faydalanmasına kömək edə bilərsiz.

əlaqə: (050) 716 04 96

facebook: www.facebook.com/edtech.az

instagram: @edtechaz

website: www.edtech.az

mail: info@edtech.az






1