Arduinoda RGB LED proqramlaşdırılması
Bu layihədə siz yeni başlayanlar üçün RGB LED-in Arduino Uno ilə istifadəsini öyrənəcəksiniz.Bu layihəni həm Tinkercad,həmdə Ardunioda həyata keçirə bilərsiniz.
Gəlin indi layihənin hazırlanma mərhələlərini nəzərədən keçirək.
İlk öncə https://www.arduino.cc/en/software saytına daxil olaq.Daha sonra dövrədə istifadə edəcəyimiz təchizatları seçərək dövrəni qurmağa başlayaq.
Təchizatlar:
Breadboard
Ardunio Uno
Keçid naqilləri
RGB LED
Rezistor
Addım 1: Dövrəni qurmağa başlayaq.
Addım 2: Biz bu layihədə ümumi bir katoddan istifadə edəcəyik.Burada fərqli rəngləri göstərməsi üçün RGB LED-nin üç pininə 0 ilə 255 arasında bir dəyər daxil edirik. R, G və B sancaqlarını cərəyan məhdudlaşdıran rezistora birləşdirdikdən sonra onları müvafiq olaraq 10,11,12-ci pinə birləşdirin. LED-in ən uzun sancağı Uno-nun GND-yə qoşulur. Üç sancağa fərqli PWM dəyərləri verildikdə, RGB LED fərqli rəngləri göstərəcək.
Addım 3: Ardunio Uno lövhəsini komputerlə əlaqələndirək.Daha sonra Tools bölməsindən board və port-u seçək.
Addım 4:
Yazdığımız kodu Arduino proqramında öncə yoxlayıb Verify əmrinə seçərək kodun doğrulandığından dərhal sonra Upload əmrinə seçərək kodu yükləyə bilərsiniz.Burada RGB LED flaşını əvvəlcə qırmızı, yaşıl və mavi, rənglərdə görməlisiniz.
Layihənin proqramı isə aşağıdakı kimi olacaqdır:
int redPin=10;
int greenPin=11;
int bluePin=12;
void setup()
{
pinMode(redPin, OUTPUT);
pinMode(greenPin, OUTPUT);
pinMode(bluePin, OUTPUT);
}
void loop()
{
setColor(100,255,120);
delay(1000);
setColor(120,0,255);
delay(1000);
}
void setColor(int red, int green, int blue)
{
analogWrite(redPin, red);
analogWrite(greenPin, green);
analogWrite(bluePin, blue);
}
#edtechaz #proqramlaşdırma #robototexnika #STEAM #Arduino #Python #şagird #kurs #müəllim #təlim #seminar #masterklass #Robot #BeeBot #Lego #Spike #Prime