Cəfər Cabbarlı 44, Caspian Plaza

Süni İntellekt bir çox sahədə müəllimin işini asanlaşdırır. Dərs üçün tapşırıq hazırlayan zaman və ya valideynlər üçün məktub hazırlayan zaman süni intelektdən istifadə vaxta və enerjinizə qənaət etməyə sizə kömək edəcəkdir. Aşağıdakı 5 sadə şərtə əməl etməklə daha süni intellekt vasitəsi ilə tələblərinizə uyğun tapşırılar hazırlaya bilərsiniz.

Şəxs- Rolunuzu izah edin.

Özünüz haqqında məlumat vermək Süni İntellektə sizin tələblərinizə uyğun tapşırıq yazmağa kömək edəcəkdir.

-       Mən riyaziyyat fənninini tədris edirəm.

-       Mən coğrafiya müəllimiyəm 

Məqsəd- məqsədizini izah edin

Tapşırıq yazan zaman məqsədinizi aydın ifadə edin. Bu zaman daha dəqiq nəticələr əldə edəcəksiz.

-       ... mövzusunda təkrar üçün tapşırıqlar yazmaq istəyirəm.

-       ... bölməsinə aid imtahan sualları hazırlamaq istəyirəm

Auditoriya- hədəf kütlənizi qeyd edin.

Bəzi tapşırıqlar müxtəlif siniflərə məxsus ola bilər. Bu səbəbdən hədəf kütlənizi dəqiq qeyd etməklə daha dəqiq nəticələr əldə edə biləcəksiz.

-       ... 8 sinif şagirdləri üçün

-       ... sinifimdəki valideynlər üçün

Xüsusiləşdirin- xüsusi detalları qeyd edin.

Xüsusi detalları yazmaq, tapşırığın sizin tələblərinizə cavab verməsinə kömək edir. Aşağıda bəzi bunun üçün numunələri görə bilərsiniz

-       ...10 sualdan ibarət olsun

-       …aşağı və orta səviyyəli suallar olsun 

Format- cavabın hansı formatda olmasını qeyd edin.

Süni intellekt alətləri eyni suala fərqli formatlarda cavab verə bilər. Bu səbəbdən xüsusi formatınızı qeyd edin.

-       ... tapşırıq qapalı test formatında olsun

-       ... layihə formatında olsun

-       ... siyahı formatında olsun

Bütün bu yuxarıda qeyd etdiyimiz şərtlər əsasında hazırlanmış nümunəni nəzərinizə çatdırmaq istəyərdik.

Nümunə:

Mən 8- ci sinif İnformatika müəllimiyəm. İnformasiyanı xaric edən qurğular haqqında şagirdlərimə tapşırıq vermək istəyirəm. Tapşırıq orta çətinlik dərəcəsində olsun və təxminən tamamlamağa 1 saat tələb edilsin. Tapşırığı nömrəli siyahı şəkilində addım addım yaz.

Qeyd edək ki, bu yuxarıda qeyd etdiyimiz qaydalar həm ChatGBT həm də Gemini üçün sınaqdan keçirilib, özünü doğrultmuşdur.

1