Cəfər Cabbarlı 44, Caspian Plaza

Şagirdləriniz üçün STEAM dərsləri təşkil etmək  istəyirsiniz, lakin nədən başlayacağınızı bilmirsiniz? Onda bu məqaləmizi diqqətlə oxumağı sizə tövsiyyə edirik.

İlk öncə aydınlaşdıraq ki STEAM təhsil yanaşması dedikdə nə nəzərdə tutulur?

STEM  termini  Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin ayrı ayrılıqda yox birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi tövsiyyə edilir. Bu tədris metodu müxtəlif ölkələrdə 1950- ci ildən bəri tətbiq edilir. Hal – hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Almaniyadır. Bu metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənnlərində öyrəndikləri məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqəli olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilir. Bu metodla qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər. 

Əgər tədrisinizdə STEAM yanaşmasını tətbiq etmək istəyirsinizsə aşağıdakı tövsiyyələr sizə kömək edəcəkdir. 

Məktəblərə və STEM mərkəzlərinə  ziyarətlər

Ölkəmizdə bəzi məktəblərdə artıq STEAM yanaşmasından istifadə edilir. Eyni zamanda regionlarda da STEAM mərkəzləri açılır. Bu sahədə fəaliyyət göstərən müəyyən özəl mərkəzlərdə mövcuddur. Bir çox özəl məktəbin daxilində də belə mərkəzlər fəaliyyət göstərir. Belə mərkəzləri ziyarət etmək, onların təcrübələrindən faydalanmaq başlanğıc üçün faydalı addım olar. 

Həmkarlarınızla əməkdaşlıqlar

Artıq bir çox müəllim STEAM yanaşmasından öz tədrisində istifadə edir. Bu həmkarlardan ilk başlanğıcda əməkdaşlıq üçün müraciət edə bilərsiz. Bu əməkdaşlıq fikir mübadiləsi, ortaq dərslərin hazırlanması, layihələrin icrası şəkilində ola bilər. Daha təcrübəli həmkarlarınız ilk başlanğıcda ola biləcək çətinliklərlə artıq tanışdırlar və bu təcrübənin sizin üçün çox böyük faydası olacaqdır. 

Sosial Media qrupları və Səhifələr 

Dərslərində tətbiq edən müəllimlərin sosial qruplarına qoşula bilərsiz. Bu qruplarda həm sizi maraqlandıran suallara cavab tapa bilərsiz, həm də əməkdaşlıq üçün həmkarlarla tanış ola bilərsiz. Belə qruplardan biri Azərbaycanda STEAM yanaşmasının ilk tətbiq olunduğu günlərdən fəaliyyət göstərən STEM Azərbaycanda qrupudur. Qrupa qoşulub qrupda paylaşılan mövzulardan və seminarlardan faydalana bilərsiz. Bundan başqa Facebook da müəllimlər üçün nəzərdə tutulmuş müxtəlif qruplara üzv ola, səhifələri izləyə bilərsiz. İnstaqramda STEAM fəaliyyətlərindən nümunələr paylaşan müxtəlif səhifələr fəaliyyət göstərir. Onları da izləməklə nümunə işlərlə tanış ola bilərsiz.

Peşəkar İnkişaf

STEAM yanaşması ilə tədrisə başlamazdan öncə onun təşkili formalarını başa düşmək üçün semianr və kurslara qatılın. İstər ödənişli istərsə də ödənişsiz bu mövzuda müxtəlif kurslar və semianarlar təşkil edilir. Əgər dil bilikləriniz imkan verirsə eyni zamanda xarici  mütəxəssislər tərəfindən təşkil olunmuş seminarlarda onlayn iştirak edə bilərsiz.

Məktəbdə Maker komandası yaradın

Öz məktəbinizdə bu sahəyə maraqlı olan insanlardan ibarət komandanızı yaradın. Müəyyən vaxt seçərək, müntəzəm olaraq ideyalarınızı müzakirə edin. Komanda da iştirak edən insanları bu işə həqiqətən həvəsi olan insanlardan seçin ki gələcəkdə demotivaiya olmuyasız. Komandanızla kiçik layihələri icra etməyə, dərsdən kənar fəaliyyət kimi STEAM fəaliyyətləri təşkil edə bilərsiz. 

Kiçik fəaliyyətlərlə başlayın

Həmkarlarınızdan və ya internet resurslarından tapdığınız kiçik layihələri icra etməklə başlayın. Zavod və fabriklərə ziyarətlər, virtual turlar, elm muzeylərinə ziyarətlər başlanğıc üçün maraqlı fəaliyyətlər ola bilər. Daha sonra daha mürəkkəb və bir çox fənnə inteqrasiyası olan layihələrlə keçid edin. Zaman keçdikcə hətta öz STEAM təhsil proqramınızı belə hazırlaya bilərsiz. Hər dəfə layihənin icrasından sonra növbəti dəfə bu layihəni necə daha yaxşı icra edəcəyiniz haqqında düşünün.

Maker Space

Əgər mümkündürsə məktəbdə öz Maker otağınızı yaradın. Bu otaqdan fəaliyyət və layihələrinizi icra etmək üçün istifadə edə bilərsiz. Bir çox insan düşünür ki STEAM fəaliyyətlərini icra etmək üçün mütləq bahalı avadanlıqlara sahib olmalısan. Əslində isə hər bir kəs üçün əlçatan olan əşyalarla da müəyyən fəaliyyətləri icra etmək mümkündür. Məsələn Mobil telefona sadə bir neçə app yükləməklə müxəlif fəaliyyətləri icra edə bilərisiz. Sadə DC motor, batareya ilə ilk anda ağıla gələn 10 dan çox müxtəlif layihə var. Bu layihələrdən biri olan Fırça robot ilə saytımızda tanış ola bilərsiz. Hər bir kəs üçün əlçatan olan müxtəlif resurslar var ki onlardan da sifariş verib istifadə etmək olar. Məsələn Robototexnikaya başlamaq istəyən müəllimlər Robo Q Scout modelini əldə etməklə dərslərində istifadə edə bilərlər. Bu kimi qiymət baxımından münasib yüzlərlə resurs mövcuddur. Eyni zamada təkrar istehsala nümunə sayıla biləcək yüzlərlə layihə ideyası var ki sadəcə sizin tərəfinizdən araşdırılıb tapılmağı gözləyirlər. 

Ümid edirik ki, məqaləmiz sizin üçün faydalı oldu ! 


Suallarınızı sosial media hesablarımız və ya email vasitəsi ilə bizə ünvanlaya bilərsiz. 

Contact: +994507160496

Facebook: @edtech.az

Instagram: @edtech.az

Email: info@edtech.az

Website: www.edtech.az

Jafar Jabbarli 44, Yasamal, Baku

Azerbaijan, AZ1065

1